Məhkəmə qərarları › İş №3(004)-233/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-233/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-233/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1, vətəndaş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin inzibati xəta haqqında qərardan şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilsə də, həmin qərar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin, indiki halda şikayətdə qeyd olunan qərar ona deyil başqa şəxsə aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalı, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı aldıqdan sonra inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin inzibati xəta haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar