Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2363/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi ilə qərarından şikayət verilən orqanın nümayəndələri - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X14 nümayəndələri X9 və X13, şikayətçi X3 vəkili və nümayəndəsi X11 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X24 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X7 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X24 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. ŞikayətçiX7 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X14 rəisi X12 tərtib xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh haqqında” Qərarı ilə Lökbatan- Xocasən yolunun kənarında aparılan tikinti zamanı yaranmış müxtəlif növ tullantıların həmin ərazidə qalaqlanmasına görə “xxxxxxxxxx” tikinti şirkətinin prezidenti X4 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol və qərar tamamilə qanunsuz və əsassızdır. İlk olaraq tərtib edilmiş protokol və qərar tamamilə yanlış, səhv yazılmışdır. Belə ki, “xxxxxxxxxx” tikinti şirkəti adlı müəssisə yoxdur, müəssisə yoxdursa onun prezidenti də yoxdur, onun da soyadı Abbaszadə deyil Abbasovdur. O, “xxxxxxxxx” MMCnin təsisçisi və direktorudur. Qeyd olunan ərazidə cəmiyyətə məxsus müəssisə, qeyriyaşayış inzibati binası və torpaq sahəsi vardır. “xxxxxxxxx” MMC həmin ünvanda qanunla müəyyən olunmuş qaydada öz nizamnaməsinə əsasən fəaliyyət göstərir. Cəmiyyət fəaliyyətini qanunlara uyğun təşkil etmiş, hər hansı bir inzibati pozuntuya yol verməmişdir. 11 saylı Regional Ekologiya və X14 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN0353568 nömrəli Protokolda və MN ******* nömrəli “İnzibati tənbeh haqqında” xx xxxxxx 2020-ci il tarixli Qərarında göstərilən müxtəlif növ tullantıların həmin ərazidə qalaqlanması ilə bağlı heç bir əlaqəsi olmamışdır. Ümumiyyətlə o, cəmiyyətin heç bir əməkdaşına belə bir hərəkətin edilməsinə göstəriş verməmiş və cəmiyyətin əməkdaşları tərəfindən də belə bir hərəkətə yol verilməmişdir. Ərazidə hər hansı bir tullantıların qalaqlanması da yoxdur, orada yalnız cəmiyyətin fəaliyyəti ilə bağlı inşaat-tikinti materialları və daş döşənmişdir. Lakin ona heç bir məlumat verilmədən və iştirakı təmin edilmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X24 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixli MN0353568 nömrəli Protokol tərtib edilmiş daha sonra həmin protokol əsasında MN ******* nömrəli “İnzibati tənbeh haqqında” xx xxxxxx 2020-ci il tarixli Qərar qəbul edilmişdir. Protokolun və qərarın səhv yazılması da bunu bir daha təsdiq edir. Onun barəsində qərar qəbul edilməsi haqqında şifahi məlumat aldıqdan sonra idarə ilə əlaqə yaradaraq baş vermiş hadisəyə aidiyyatının olmadığını, eləcə də təqsirinin olmadığını bildirmişdir. Lakin barəsində xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq həmin protokol tanış olmaq üçün ona təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması təsdiq edilmiş, hüquq və vəzifələri izah edilməsi və ya onun inzibati xəta hadisəsinin mövcudluğuna münasibətini təsdiq edən heç bir qeyd yazılmamışdır. Yalnız sonradan məlum olmuşdur ki, Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə onun 3000 (üç min) manat məbləğində cərimə edildiyi barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda və ya qərarda göstərilməməsi barəsində istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə o nəyə qarşı öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun hüququ pozulmuşdur. Göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Əlavə olaraq qeyd etmişdir ki, protokolda qeyd olunan sahə ilə onun fəaliyyət göstərdiyi inzibati qeyri-yaşayış binası arasında təxminən 300-400 metr məsafə vardır və bu arada bir neçə şirkətlərin yerləşdiyi inzibati binalar, satış mərkəzləri olan binalar və ofislər yerləşir. Qeyd olunan sahə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Abşeron Stansiyasının qarşısında olan ərazidir. O bir neçə şirkətin və inzibati binanın qabağından keçməklə, daha sonra döngəni keçməklə təxminən 100 metr məsafədən sonra ərazini necə zibilləyə bilər? Həmin ərazi videokamera ilə daimi videomüşahidə olunur. Əgər ərazidə zibil qalaqlanması olsaydı videomüşahidə və ya digər sübutedici sənədlər protokola əlavə olunardı. Heç bir təsdiqedici sənədlər protokola əlavə edilməmişdir. Məhkəmə baxışı zamanı təqdim edilən şəkillərin də nə vaxt, harada çəkildiyini müəyyən etmək mümkün deyildir. 20 ildən artıqdır ki, fəaliyyət göstərdiyi öz ofisində bir neçə nəfər şəxs çalışır və belə bir tikinti zibilinin yığılması mümkün deyildir. Onun həmin sahə ilə heç bir əlaqəsi yoxdur və heç bir xəta törətməmişdir. Protokolun qərəzli yazıldığı orada olan aşkar qüsurlar da bir daha təsdiq edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X14 rəisi X19 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN0481465 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 vəkili və nümayəndəsi X20 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər X1 barəsində tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X14 nümayəndələri X9 və X22 şikayətin təmin edilməməsini xahiş etmişlər. X16 məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, X3 inzibati icraat zamanı lazımi qaydada məlumatlandırılmasına və iştirakının təmin edilməsinə dair xəbərnamə təqdim edə bilmirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxx” şirkəti tərəfindən Lökbatan-Xocasən yolunun kənarında aparılan tikinti zamanı asvalt qatın dağıdılaraq eyni zamanda qaşıntı işləri zamanı yaranmış bərk, qarışıq tullantıların həmçinin ərazidə yaranmış tikinti materiallarından ibarət istehsalat və plastik tullantılar aşkarlanmışdır. X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxxxxxxxx” tikinti şirkətinin prezidenti X4 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Lökbatan–Xocahəsən yolunun kənarında aparılmış tikinti zamanı yaranmış müxtəlif növ tullantıların həmin ərazidə qalaqlanması nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat miqdarında inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 55873 nömrəli aktdan görünür ki, İdarənin BD seriyalı 258 nömrəli sərəncamına əsasən Qaradağ rayonu, xidməti ərazisi üzrə X21, istehsalat və məişət tullantıları haqqında qanunun və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədi ilə növbəti reyd keçirilən zaman Lökbatan-Xocahəsən yolunda Fövqəladə Hallar Nazirliyinin müəssisəsinin qarşısında yol kənarında qeyri-yaşayış obyektinin tikintisinin aparılması və aparılan tikinti zamanı asvalt qatın dağıdılaraq və qaşıntı işləri aparılan zaman yaranmış bərk, qarışıq tullantılar eyni zamanda tikinti işləri aparılan ərazidə yaranmış tikinti materiallarından ibarət və istehsalat tullantılarının eləcə də plastik tullantıların qalaqlanması faktı aşkar edilmişdir. Araşdırma aparılan zaman ərazinin “xxxxxxxxxx” MMC-yə məxsus olması müəyyən edilmişdir. Həmin şirkətin prezidenti X7 bildirmişdir ki, həmin ərazidə yeni anbar tikilir və şirkətinfəaliyyəti zamanı və eləcə də həmin ərazidə qalaqlanmış tullantıların daşınması ilə əlaqədar hər hansısa təşkilatla müqavilə mövcud deyil və tullantılar şirkətə aid olmayan əraziyə digər müəssisəyə gedən yolun kənarına atılır. Şirkətin prezidentinə həmin faktın X21 haqqında və istehsalat məişət tullantıları haqqında qanunun maddələlərinin tələblərinin pozulduğu izah olunmuş və inzibati xəta tərkibi yarandığı bildirilmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron Stansiyası tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 10/01 nömrəli məktubdan görünür ki, Dəmir yolu stansiyası Lökbatan-Xocahəsən yolu ünvanında yerləşir. Stansiyanın qonşuluğunda iş adamı X3 ofisi yerləşir. Uzun illərdir ki, Fikrət müəllimlə qonşuluqda fəaliyyət göstərirlər. Fikrət müəllim həmişə ərazinin abadlaşdırılmasında, təmizlənməsi və səliqə - sahman yaradılmasında fəal iştirak edir. Hal-hazırda ərazi abadlaşdırılmış, asfaltlanmış və ağaclar əkilərək gözəlləşdirilmişdir. Bütün bunlar Fikrət müəllimin sayəsində həyata keçirilmişdir. Fikrət müəllim zəhmətkeş, qayğıkeş, vətənpərvər və ziyalı bir insandır. Bu yaxınlarda Fikrət müəllimi təqsirli hesab edərək Ekologiya nazirliyi tərəfindən inzibati protokol yazılması haqqında eşitmişdir. Buna çox təəcüb etmişdir, çünki bu hal Fikrət müəllimin xislətinə yad bir şeydir. Azərbaycan Respublikası Vergilər Nazirliyi X2rumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “xxxxxxxxx” MMC-nin qanuni təmsilçisi X5r. Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” Qanununun 9-cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilməlidir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; X21 məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi. Həmin Qanunun 12-ci maddəsində qeyd olunan şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblərə görə, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Bundan başqa Azərbaycan Respublikası “X21 haqqında” Qanununun 47-ci maddəsinə əsasən ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi məqsədilə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında xx xxxxx 2005-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Qaydaların 2.3-cü bəndinə əsasən Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. 2.6-cı bəndinə əsasən tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X21 tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, protokol tərtib edilərkən İnzibati xətalar Məcəlləsinin tələbləri gözlənilməmiş, cəmiyyətin adı və vəzifəli şəxsin adı düzgün qeyd edilməmiş, inzibati icraat zamanı lazımi qaydada məlumatlandırılmamış və iştirakı təmin edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X24 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda və ona əlavə edilmiş materialda barəsində protokol tərtib edilmiş X3 və ya onun nəzarət etməli olduğu işçisi tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması və ya daşınması zamanı X21 tələblərinə əməl edilməməsi və ya bu pozuntunun qarşısının alınmaması qeyd edilməmiş və buna dair mötəbər sübut əlavə edilməmişdir. Bununla da X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X24 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. X7 barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2363/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2363/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver