Məhkəmə qərarları › İş №3(004)-2368/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2368/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2368/2021 15.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 25.03.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 27.04.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 18.05.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 22.06.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 05.09.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 04.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarlarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 25.03.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 27.04.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 18.05.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 22.06.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 05.09.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 04.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdı ki, “İJ-2717” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil 50 illik ümumi etibarnamə ilə onun istifadəsində olmuşdur. Lakin o 05 sentyabr 2017-ci il tarixində həmin maşını etibarnamə əsasında X1. O həmin qərarları 30 sentyabr 2021-ci il tarixində şəxsən rəsmi qaydada əldə etmişdir. Odur ki, şikayət verilmə müddəti ötürülməmişdir. X4 01.01.2021-ci il tarixində İXM-nin 339.1-1-ci maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 10.12.2020-ci il tarixində İXM-nin 469.3cü maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 10.12.2020-ci il tarixində İXM-nin 339.1-1-ci maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 13.10.2020-ci il tarixində İXM-nin 469.3-cü maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 05.09.2020-ci il tarixində İXM-nin 469.3-cü maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 22.06.2020ci il tarixində İXM-nin 469.3-cü maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 18.05.2020-ci il tarixində İXM-nin 469.3-cü maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 27.04.2020-ci il tarixində İXM-nin 469.3-cü maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 25.03.2020-ci il tarixində İXM-nin 339.1-1-ci maddəsinə müvafiq olaraq 50 manat məbləğində, 04.01.2021-ci il tarixində İXM-nin 469.3-cü maddəsinə müvafiq olaraq 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Ona ümumilikdə İXM-nin müvafiq maddələrinə əsasən, 500 manat məbləğində cərimə tətbiq edilmişdir. O həmin qərarlardan narazı olduğu üçün Daxili İşlər Nazirliyi Baş Dövlət yol Polis İdarəsinə müraciət etmişdir. Həmin müraciəti Yasamal rayon Polis İdarəsinin Dövlət X13 baxılmış və ona cavab olaraq həmin avtomobilin idarə edilməsinə dair verilmiş etibarnamənin ləğv olunduğu qeyd edilmişdir. Halbuki cərimələr tətbiq olunduğu zaman onun istifadəsində olmamışdır. Hal-hazırda “İJ-2717” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimin istifadəsində olmasından isə məlumatsızdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin tərtib etdiyi 25.03.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 27.04.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 18.05.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 22.06.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 05.09.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 04.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir, inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərkən qeyd edilən avtomobil onun istifadəsində olmamışdır və bu səbəbdən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin tərtib etdiyi 25.03.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 27.04.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 18.05.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 22.06.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 05.09.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 04.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarların ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 25.03.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 27.04.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 18.05.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 22.06.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 05.09.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 13.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 04.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən ünvanlanmış məktubdan görünür ki, “İJ-2717” markalı AZ **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ üçün verilmiş sonuncu etibarnaməyə əsasən 04.01.2021-ci il tarixli, EQ5303157 saylı elektron qərarın X8 barəsində qəbul edildiyi və cərimə məbləğinin ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda “İJ-2717” markalı AZ **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair verilmiş etibarnamə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddənin qeydinə əsasən şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Həmin Məcəllənin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeydinə əsasən:

1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır. Məhkəmənin gəldiyi qənaətə əsasən X8 barədə istifadəsində olan “İJ-2717” markalı AZ **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə və mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə bir neçə dəfə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən 339.1-1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədən şəxslər barəsində elektron qərar tərtib edilərkən həmin qərar nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Bununlada müəyyən edilir ki, inzibati xəta hadisəsi baş verən zaman X8 adına verilmiş etibarnamə qüvvədə olduğundan inzibati tənbeh vermə haqqında qərarlarda onun adına qeydə alınmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 25.03.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 27.04.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 18.05.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 22.06.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 05.09.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13.10.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 10.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli, 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 04.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar