Məhkəmə qərarları › İş №3(004)-238/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-238/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-238/2021 08.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tər-tər rayonu, Buruc kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu 20-ci sahə, Elçin Əzizov küçəsi ev 18E-də kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 22:20 radələrində Yasamal rayonu “Statistika” dairəsində karantin rejimi ilə bağlı yaradılmış stasionar postda “Toyota” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs sənədləri ictimai qaydanı mühafizə vəzifələrini icra edən Bakı şəhəri Bakı şəhəri BPİ DYPİ-nin YPX əməkdaşları tərəfindən yoxlanılarkən sənədlərin qaydasında olmaması aşkar edilmiş və ona avtomobilin cərimə meydançasına aparılmalı olduğu bildirilmişdir. Şəxs avtomobildən enib polis əmədaşları ilə söhbət edərkən həmin vaxt avtomobildə sərnişin olan həyat yoldaşı X1 arxasına əyləşib avtomobillə ərazidən uzaqlaşmışdır. Bundan sonra Şəxs PB-nə dəvət edilmiş lakin o, polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmağa başlamışdır. Şəxs qaçarkən saxlanılmışdır. Daha sonra o, 27-ci PB-nə gətirilmişdir. X.F.Həmidova isə özü könüllü olaraq yenidən karantin postuna yaxınlaşıb sənədləri təqdim etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X8 protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən onun barəsində qanuna uyğun olaraq tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində xüsusi karantin rejimi qaydalarına uyğun olaraq dini kəbinlə nikahda olduğu X.F.Həmidova ilə birlikdə sms icazə aldıqdan sonra yaşayış yerlərini tərk etmişlər. Onlar idarə etdiyi “Toyota” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu “Statistika” dairəsində stasionar posta daxil olarkən yoxlanışdan keçmişlər. Postda xidmət edən Bakı şəhəri BPİ DYP-nin YPX-nin əməkdaşları tərəfindən onun nəqliyyat vasitəsini idarə etmək hüququna dair sənəd tələb edilmişdir. Onların hər ikisinin nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqələri olmasına baxmayaraq yaşadığı evdə unutmuşlar. Polis işçisinə bu barədə bildirib, ondan həyat yoldaşına evdən sənədləri gətirməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Lakin, YPX-nin işçisi etiraz edərək nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmalı olduğunu təkidlə bildirmişdir. Bu vaxt həyat yoldaşı X.F.Həmidova narahatçılıq keçirdiyindən nəqliyyat vasitəsini idarə edərək postdan uzaqlaşmış və sənədləri gətirmək üçün yaşadığı evə getmişdir. Postdakı polis işçiləri isə onu PB-nə dəvət etdiklərindən o, bir anlıq həyəcanlı vəziyyətdə olduğundan qorxub qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşları onu saxlayaraq 27-ci PB-nə gətirmişlər, bir qədər sonra isə həyat yoldaşı X.F.Həmidova posta yaxınlaşıb sənədləri təqdim etdiyindən avtomobil cərimə meydançasına aparılmamışdır. Şəxs əlavə olaraq qeyd etmişdir ki, ilk dəfədir ki, inzibati xəta törətmiş və törətdiyi inzibati xətaya görə peşmandır, həyacan və qorxu hissi keçirdiyindən polis işçilərinin qanuni tələblərinə tabe olmamışdır. O, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində xüsusi karantin rejimi qaydalarına uyğun olaraq kəbinli nikahda olduğu Şəxs ilə birlikdə sms icazə aldıqdan sonra yaşayış yerlərini tərk etmişlər. Onlar Şəxs idarə etdiyi “Toyota” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu “Statistika” dairəsində stasionar posta daxil olarkən yoxlanışdan keçmişlər. Postda xidmət edən Bakı şəhəri BPİ DYP-nin YPX-nin əməkdaşları Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququna dair sənədi tələb etmişlər. Xədicə Həmidova əlavə olaraq bildirmişdir ki, onun və Şəxs hər ikisinin nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqələri olmasına baxmayaraq yaşadığı evdə unutmuşlar. Şəxs polis işçisinə bu barədə bildirib, onun evdən sənədləri gətirməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Lakin, YPX-nin işçisi etiraz edərək nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmalı olduğunu təkidlə bildirmişdir. Bu vaxt o, narahatçılıq keçirdiyindən nəqliyyat vasitəsini idarə edərək postdan uzaqlaşmış və sənədləri gətirmək üçün yaşadığı evə getmişdir. Sənədləri götürüb yenidən posta yaxınlaşmış, orada öyrənib bilmişdir ki, Şəxs polis işçilərindən qaçmağa cəhd etdiyi üçün PB-nə aparılmışdır. O, polis bölməsinə getmiş və orada bilmişdir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. X2 xətanın anlaşılmazlıq nəticəsində baş verdiyini vurğulamışdır. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, protokol və inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri BPİ-nin DYPİ-nə bikavasitə tabe olan YPX Alayı yol patrul xidməti inspektoru X3 və Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri Məhəmməd Əlizadə və Mirisa Rəhimli tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli raportlardan müəyyən edilmişdir ki, həmin tarixdə saat 22:20-də Şəxs Yasamal rayonu “Statistika” dairəsində karantin rejimi ilə bağlı yaradılmış stasionar postda yoxlanışdan keçərkən ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərmişdir. İş materiallarında olan Şəxs yazılı izahatı məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, o, ilkin araşdırma zamanı da tərəfindən qeyd edilən xətanın törədilməsini etiraf etmişdir. Bununla da, məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəyə görə isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs əməlindən səmimi peçmançılığını İXM-nin 33-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, lakin onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar