Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2388/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı səhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Bakı səhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Gürcüstandan İT030MC nömrə nişanlı yük avtomaşınında daxil olmuş 2 (iki) ədəd şüşənin tökülməsi üçün formalar yükü **********5124 sorqu nömrəli 24.07.2019-cu il tarixli gömrük bəyannaməsi ilə 24.07.2020-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə təqdim edilmiş 24/24/020673 qeydiyyat nömrəli ərizə əsasında **********5124 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixdal müddəti 24.07.2021-ci il tarixədək uzadılmışdır. iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5124 sorqu nömrəli 24.07.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi 24.07.2021-ci il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin 24.07.2021-ci il tarixində bitməsinə baxmayaraq **********5124 sorqu nömrəli 24.07.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********5124 sorqu nömrəli 24.07.2019-cu il tarixli gömrük bəyannaməsində qeyd edilən 2 (iki) ədəd süsənin tökülməsi üçün formalar yükünün müvəqqəti idxal müddəti 24.07.2021-ci il tarixində bitsə də, həmin malların təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 2 (iki) ay sonra, yəni 24.09.2021-ci il tarixdə **********7607 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük idarəsinə təqdim edilmişdir. Bununla da Şəxs MMC İXM-in 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 28.09.2021-ci il tarixli, N00100-1859/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 34/012/022331 saylı 24.08.2021-ci il tarixli raport, **********5124 sordu nömrəli 24.07.2019-cu il tarixli gömrük bəyannaməsi, “VAİS” informasiya resursundan çıxarış, 24/24/020673 nömrəli 29.07.2020-ci il tarixli ərizə, **********7607 sorğu nömrəli 24.09.2021-ci il tarixli gömrük bəyannaməsi və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyannaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 2000 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2388/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2388/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver