Məhkəmə qərarları › İş №3(004)-2391/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2391/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2391/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli, **********3/22 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli, **********3/22 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X3 "xxxx" MMC-nin direktoru olaraq barəsində qəbul etdiyi 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* №-li “İnzibati tənbeh vermə haqqında qərar”la Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə) inzibati xəta üzrə məsuliyyətə cəlb edilməklə 1600 (bir min altı yüz) manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərardan Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisinə verdiyi şikayət həmin Xidmətin rəis müavini Orxan Hüseynzadənin “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” 04 oktyabr 2021-ci il tarixli, **********4/21 saylı qərarı ilə təmin edilməmişdir. Xidmətin rəsi müavini Orxan Hüseynzadənin 04 oktyabr 2021-ci il tarixli qərarından tərəfindən verdiyi şikayət qismən təmin edilərək 04.10.2021-ci il tarixli, **********4/21 saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. 26.11.2021ci il tarixli, 3(004)-2524/2021 saylı qərarı əsasında yenidən yuxarıda sözügedən Xidmətin rəsi müavini Orxan Hüseynzadə tərəfindən 26.04.2022-ci il tarixdə baxılmış və həmin tarixdə **********3/22 saylı qərar qəbul olunmuşdur. Qeyd olunan qərarla da Xidmətin Bakı şəhər İdarəsinin 06 sentyabr 2021-ci il tarixli, MN 064669 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 3(004)- 2524/2021 saylı qərarı əsasında işə yenidən Xidmətin rəis müavini Orxan Hüseynzadə tərəfindən baxılması qanunsuz və əsassız olmuşdur. Belə ki, Orxan Hüseynzadənin hazırkı iş üzrə olan 04 oktyabr 2021-ci il tarixli qərarı məhkəmə tərəfindən ləğv edildiyindən bu işə əvvəllər baxmış Orxan Hüseynzadə tərəfindən yenidən baxıla bilməzdi. Orxan Hüseynzadə 04 oktyabr 2021-ci il tarixli qərarında öz mövqeyini ifadə etmiş, məhkəmə tərəfindən onun tərəfindən qəbul olunmuş qərar ləğv edilərək yenidən baxılması üçün Xidmətə geri qaytarılmışdır. İşə təkrar bu işə əvvəl baxmış vəzifəli şəxs, yəni Orxan Hüseynzadə tərəfindən baxılması istisna eidlir. İşə təkrar baxan Orxan Hüseynzadə 26.04.2022-ci il tarixli yeni qərarında da əvvəlki, yəni 04 oktyabr 2021-ci il tarixli qərarındakı səhvlərini bir daha təkrarlamışdır. Belə ki, hazırkı işin mübahisəsiz halıdır ki, Vüqar Mustafayeva ilə “Universal Poliqraf ’ MMC arasında üç ay sınaq müddəti təyin edilməklə 09.03.2021-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. Hazırkı şikayətə əlavə edilən Vüqar Mustafayevlə “Universal Poliqraf’ MMC arasında 09.03.2021ci il tarixdə bağlanmış yazılı əmək müqaviləsinin 2.4-cü bəndindən görünür ki, işçi Vüqar Mustafayev 10.03.2021-ci il tarixdən işə başlamalı olmuşdur. Vüqar Mustafayevlə bağlanmış əmək müqaviləsinə “Universal Poliqraf’ MMC-nin direktorunun 23 № li, 09.03.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən 10.06.2021-ci il tarixdən xitam verilmişdir. İşə təkrar baxan eyni vəzifəli şəxs, yəni Orxan Hüseynzadə 26.04.2022-ci il tarixli qərarını qəbul edərkən hesab etmişdir ki, Vüqar Mustafayevlə 09.03.2021-ci il tarixdə 3 (üç) ay sınaq müddəti təyin edilməklə bağlanmış müqaviləyə 09.06.2021-ci il tarixdə xitam verilməli olmuşdur. Vüqar Mustafayevlə bağlanmış müqaviləyə 10.06.2021-ci il tarixdə xitam verilməsini qanunsuz hesab edən Orxan Hüseynzadə yuxarıda sözügedən qərarı qəbul etmişdir. Hazırkı işin mübahisəsiz halıdır ki, Vüqar Mustafayevlə “Universal Poliqraf ’ MMC arasında 09 mart 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi üzrə bildiriş gücləndirilmiş elektron imza vasitəsi ilə 09.03.2021-ci il tarixində saat 17:41-də elektron informasiya sisteminə daxil edilmiş, həmin müqavilənin 2.4-cü bəndində isə işçinin işə başlama tarixi 10.03.2021-ci il olaraq müəyyənləşdirilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan hüquq normalarının tələblərindən görünür ki, V.Mustafayevlə 09.03.2021-ci il tarixdə bağlanan əmək müqaviləsi 10.03.2021-ci il tarixində hüquqi qüvvəyə minmişdir. Azərbaycan Respublikası ƏM-nin 51-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarət olduğu, V.Mustafayevlə bağlanmış əmək müqaviləsi 10.03.2021-ci il tarixində hüquqi qüvvəyə mindiyindən və o, əmək funksiyasının icrasına 10.03.2021-ci il tarxidə başladığından onunla bağlanmış əmək müqaviləsinə 10.06.2021-ci il tarixində, yuxarıda sözügedən əsasla xitam verilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X6 şikayəti müdafiə edərək, ədalətli məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli, **********3/22 saylı qərardan görünür ki, işəgötürən "xxxx" MMC tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 06 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X1 arasında 09.03.2021-ci il tarixində 3 aylıq sınaq müddəti olmaqla müddətsiz əmək müqaviləsi bağlanılmışdır. 07.06.2021-ci il tarixli 128 nömrəli Əmrlə işçinin sınaq müddətində özünü doğrultmadığı əsası ilə 10.06.2021-ci ildən əmək müqaviləsinə xitam verilmişdir. Yəni müqaviləyə 09.03.2021-ci il tarixində əmək müqaviləsinin qüvvəyə minməsi ilə başlayan 3 aylıq sınaq müddəti bitdikdən 1 gün sonra xitam verilmişdir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 26 aprel 2022-ci il tarixli, **********3/22 saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli, **********3/22 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar