Məhkəmə qərarları › İş №3(004)-2397/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2397/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2397/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X2 tərəfindən Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı, 19.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 tərəfindən Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı, 19.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəməyə yeni məzmunlu ərizə təqdim etmiş X2 şikayətə baxılmasını tələb etmədiyini, şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X5 tərəfindən Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı, 19.04.2021-ci il tarixli qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar