Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-24/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X5 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs MMC “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə” akkreditasiya olunmadan fəaliyyət göstərmişdir. Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 12 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Şəxs MMC-nin nümayəndəsi olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokolun tərtib edilməsi üçün dəvət edilmişdir. Onları dəvət edən şəxslərə həmin maddədə nəzərdə tutulan heç bir akkreditasiyası məcburi tələb olunan fəaliyyətlə məşğul olmadıqlarını bildirmiş və etirazı yazılı sürətdə protokola əlavə eləmişdir. AR İnzibati xətalar məcəlləsinin 538-1.1 bəndi Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə cərimə nəzərdə tutmuşdur. AR “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanununun 2.2-ci bəndi texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın, prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların akkreditasiyası məcburidir. Digər hallarda bu məcburi deyildir. Eyni zamanda sertifikatlaşdırılması məcburi sayılan məhsulların siyahısını müəyyən edən AR Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ləğv edilmişdir. Halal məhsulların sertifikatlaşdırılması Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması tələb edilən heç bir normativ hiiquqi və texniki reqlamentə daxil edilməyibdir. Belə ki, görüş zamanı yuxarıda qeyd edilən məsələlərlə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən izah ala bilməmişlər. Eyni zamanda xx.xx.2023 tarixində poçt vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yazılı olaraq AR Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanununun 2.2 bəndinə, Standartlaşdırma haqqında qanununun 13.1 bəndinə, Standartlaşdırma haqqında qanunun 13.1 və Akkreditasiya haqqında qanunun 2.2 maddələrinin bir biri ilə əlaqəsinə və bir-bir ilə ziddiyyətinə, könüllü sertifikatlaşdırma o cümlədən halal sertifikatlaşdırma Azərbaycanda məcburi akkreditasiyası tələb edilən fəaliyyətlərə daxil edilib edilməməsinə, Azərbaycanda halal sertifikatlaşdırma hansı standartlara uyğun aparılması barəsində və halal akkreditasiya qaydalarının Akkreditasiya mərkəzi tərəfindən qəbul edilib edilməməsi barəsində şərhin verilməsi və aydınlıq gətirilməsi barəsində sorğu göndərilib. Lakin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sorğuya cavab verməyib. İnzibati xəta haqqında protokol kiçik sahibkarlıq subyektinə rəsmi izahat verilmədən, qanun pozuntusunun konkret hansı maddə ilə əlaqələndirilməsi sübuta yetirilmədən tərtib olunduğundan həmin protokolun ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ”Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-nin 3-21-1-1/3-4- DY-872/2023 saylı, 29 noyabr 2023-cü il tarixli “Xidməti məktub”un surətindən görünür ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız Rəqabət və X2 şöbəsinin xx.xx.2023-cü il tarixli 3-21-1/3-4-DY-1946/2023 nömrəli xidməti məruzəsinə aidiyyatı üzrə baxılmışdır və cavab olaraq bildirilmişdir ki, Şəxs MMC Mərkəz tərəfindən akkreditasiya olunmamışdır. İş materiallarında olan MN ******* №-li, 12 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC akkreditasiya olunmadan malların sertifikatlaşdırılması fəaliyyətini həyata keçirir. Bu fakt ”Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-nin 3-21-1-1/3-4-DY-872/2023 saylı, 29 noyabr 2023-cü il tarixli müraciəti ilə təsdiq olunur. İş materiallarında olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə “Zəhmət RUZİ LLC”-yə verilmiş HAKQ-180823-003 saylı sertifikatdan görünür ki, həmin sertifikatla 56 adda istehsal olunan yeyinti məhsullarına dair uyğunluq sertifikatı verilmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə “Halal Payım LLC”-yə verilmiş HAKQ-050523-002 saylı sertifikatdan görünür ki, həmin sertifikatla istehsal olunan yeyinti məhsullarına dair uyğunluq sertifikatı verilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın tərəflərinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC Azərbaycan Respublikasında akkreditasiyadan keçmədən fəaliyyət göstərmişdir. Bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə “Zəhmət RUZİ LLC”-yə və xx.xx.2023-cü il tardə “HALAL PAYİM LLC”-yə verilmiş uyğunluq sertifikatları ilə öz təsdiqin tapır. Halbuki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinə əsasən uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə, uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Digər tərəfdən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməs-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurummalın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənədidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Həmin Qanunun 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları,inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-24/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-24/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver