Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2402/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 may 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən 13:30 radələrində Yasamal rayonu, H.B.Zərdabi küçəsində idarə etdiyi **-DA-*** saylı d.q.n.-li “KİA minik” markalı avtomobili ilə yol hərəkəti qaydasını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşı özünü təqdim edərək, ondan sənədləri təqdim etməsini tələb etmiş, bu zaman o, üzərində sənəd olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı ona avtomobilin dövlət qeydiyyat nişanının yararsız olduğunu və avtomobili duracağa təmin etməli olduğunu bildirsə də, o bunu etməyəcəyini və heç kəsə də icazə verməyəcəyini bildirmişdir, polis əməkdaşı ona qayda pozduğunu izah etmək istədikdə o, səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra ÇPA-dan naryad köməyə çağırılaraq onu 29-cu Polis Şöbəsinə aparmışdırlar. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən 13:30 radələrində Yasamal rayonu, H.B.Zərdabi küçəsində idarə etdiyi **-DA-*** saylı d.q.n.-li “KİA minik” markalı avtomobili ilə yol hərəkəti qaydasını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşı ona qayda pozduğunu izah etmək istədikdə o, səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, o, onu YPX-nin inspektoru saxlayarkən ona məxsus “KİA minik” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının stardarta uyğun olmaması bildirilmiş, o isə razılaşmamış və nişanlısına zəng etmişdir. Nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması tələb olunmuş, lakin o bilmək istəyirdi hansı səbəblərə görə. Buna görə mübahisə olmuş və 2 saat ərzində məsələni aydınlaşdırırdı. Sonra nəqliyyat vasitəsini turacağa özü aparmış və sonra bölməyə getmişdir. Yekun olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektoru X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən 13:30 radələrində xidmətdə olarkən Yasamal rayonu, H.B.Zərdabi küçəsində Şəxs **-DA-*** saylı d.q.n.-li “KİA minik” markalı avtomobili ilə yol hərəkəti qaydasını pozduğuna görə saxlanılmış və qayda pozuntusu izah edilmişdir. Daha sonra o, ona avtomobilin dövlət qeydiyyat nişanının yararsız olduğunu və avtomobili duracağa təmin etməli olduğunu bildirsə də, o bunu etməyəcəyini və heç kəsə də icazə verməyəcəyini bildirmişdir, polis əməkdaşı ona qayda pozduğunu izah etmək istədikdə o, səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. O, onu nizam-intizama dəvət etsələr də, o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan əlavə sürücüyə dəfələrlə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının qəzadan çıxandan sonra stardarta uyğun olmaması izah olunmuş, yəni dövlət gerbində cızıqlar və nömrənin özü əzilmiş vəziyyətdə idi. Lakin vətəndaş polisin 2 saat vaxtını almış, nəqliyyat vasitəsini duracağa təmin etməmiş, ona görə də məcbul olub Post patrul xidmətinin əməkdaşlarını çağırmışdır. İş materiallarında olan: Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X3 tərəfindən 29-cu PŞ-nin rəhbərliyinə ünvanlanmış 04 may 2024-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən 13:30 radələrində Yasamal rayonu, H.B.Zərdabi küçəsində idarə etdiyi **-DA-*** saylı d.q.n.-li “KİA minik” markalı avtomobili ilə yol hərəkəti qaydasını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşı özünü təqdim edərək, ondan sənədləri təqdim etməsini tələb etmiş, bu zaman o, üzərində sənəd olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı ona avtomobilin dövlət qeydiyyat nişanının yararsız olduğunu və avtomobili duracağa təmin etməli olduğunu bildirsə də, o bunu etməyəcəyini və heç kəsə də icazə verməyəcəyini bildirmişdir, polis əməkdaşı ona qayda pozduğunu izah etmək istədikdə o, səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra ÇPA-dan naryad köməyə çağırılaraq onu 29-cu Polis Şöbəsinə aparmışdırlar. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 04 may 2024-cü il tarixdə Yasamal RPİ-nin 29cu PŞ-nin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları vardır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs qadın olmasını, 3 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2402/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2402/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver