Məhkəmə qərarları › İş №3(004)-2406/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2406/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2406/2022 17.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin 30.04.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 30.04.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Barəsində şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zanmanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən inzibati qərarın mövcud olub olmaması, qərarın şikayət verən şəxsə vaxtında təqdim edilib edilməməsini, qərar mövcud olduğu halda həmin qərardan şikayət verilməsi müddətinin buraxılıb buraxılmamasını (hesablanması) müəyyən etmək baxımından şikayət vermış şəxs tərəfindən qərarın əldə edilməsi və sonradan məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Göstərilən hal isə, yəni barəsində şikayət verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Bakı Nəqliyyat Agentliyinin 30.04.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 30.04.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar