Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-241/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş 00400-00732/23 nömrəli 19 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Astara Gömrük İdarəsindən daxil olmuş 3-33-/3-1- 005469/2023 nömrəli xx.xx.2023-ci il tarixli raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki. iran İslam Respublikası vətəndaşı İran islam Respublikasının vətəndaşı X1 tərəfindən idarə etdiyi HOVO markalı 80AB607/608 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Çin Xalq Respublikasının Eluck Group Limited şirkəti tərəfindən Azərbaycan Respublikası Bakı səhərində yerləşən hüquqi şəxs Sanura Company MMC (VÖEN **********) -yə göndərilən,çəkisi 12101 (on iki min yüz bir ) olan “Qarışıq mallar oyuncaq” yükü gətirərkən, xx.xx.2023-cü il tarixdə Astara Gömrük idarəsində saxlanılmış və həmin nəqliyyat vasitəsi idarənin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Bu zaman yük avtomobilinin qoşqusunda olan konteynerdə şübhəli cizgilər müşahidə edildiyindən həmin konteynerdə olan yükə xx.xx.2023- cıi'ı il tarixdə gömrük yoxlaması tətbiq edilmişdir.Yoxiama zamanı yükü müşaiyət edən sənədlərdə - 18415" saylı CMR-ə və “ 2023999" nömrəli invoysa göstərilənlərlə qoşquda olan “Qarışıq mallar oyuncaq" yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, yükü müşaiyət edən sənədlərdə “Qarışıq mallar ovuncaq” yükü göstərildiyi halda, faktiki olaraq qoşquda sənədlərdə ümümiyyətlə göstərilməmiş 20 (iyirmi) ədəd aq -qara rəngli üzərində heç bir markalanma olmayan elektrikli skuter olduğu məlum olmuşdur. Gömrük yoxlaması başa çatdıqdan sonra iran islam Respublikası vətəndaşı X1 idarə etdiyi HOVO markali 80AB607/608 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş 20 (iyirmi) ədəd aq - qara rəngli üzərində heç bir markalanma olmayan elektrikli skuter araşdırma məqsədilə götürülmüşdür. Fakt üzrə toplanmış materiallara əsasən tərəfimdən hüquqi şəxs ““Sanura Company' MMC (VEÛN **********) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən - yəni malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi faktı üzrə inzibatı araşdırma başlanmışdır. İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən, hüquqpozma predmeti qismində saxlanılmış 20 (iyirmi) ədəd aq -qara rəngli üzərində heç bir markalanma olmayan elektrikli skuter barəsində məhkəmə əmtəəşünaslıq ekspertizaları aparılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası X5” bölməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi"nin Lənkəran Regional” bölməsindən daxil olmuş xx.xx.2023-ci il tarixli 19/1033 №-li ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş 1 (bir) ədəd aq -qara rəngli üzərində heç bir markalanma olmayan elektrikli skuterin xx.xx.2023cü il tarixinə ümumi orta bazar qiyməti 400,00 ( dörd yüz) manat 20 ədədinin qiyməti isə 8000,00 (səkkiz min) olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi, 1-ci bölməsinin rəisi X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, İran İslam Respublikasının vətəndaşı X2 tərəfindən idarə etdiyi HOVO markali 80AB607/608 dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən idxal proseduru altında Azərbaycan Respublikası Bakı şəhərinə yükü müşayiət edən “№ 18415” saylı CMR-ə və “№ 2023999" nömrəli invoysa əsasən “Qarışıq mallar oyuncaq”və.s yükü gətirərkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 14:30 Astara Gömrük idarəsi Skanlaşdırma şöbəsi tərəfində X-RAY-dən keçdikdən sonra NA/-ni qoşqusundakı konteynerdə olan yükə işarə qoyulub yoxlama qrupuna yönləndirilmişdir, Skanlaşdırma şöbəsi tərəfində X-RAY-dən keçdikdən sonra N/V-ni qoşqusundakı konteynerdə olan yükə işarə qoyulduğu yerdəki yüklər yoxlanılaraq 20 (iyirmi) ədəd skuter invoysda qeyd olmadığı aşkar edilmişdir.Gömrük yoxlaması tam başa çatdıqdan sonra müvafiq sənədləşmə aparılmaqla, 20 (iyirmi) ədəd skuter yükü hüquqpozma predmeti kimi saxlanılmış həmin yük nəqliyyat vasitəsinə yenidən yüklənərək nəqliyyat vasitəsinin qoşqusu gömrük təminatı ilə təmin edilmişdir. Sözügedən nəqliyyat vasitəsi DGK “Azərterminalkompleks" Birliyinin Astara şəhəri ərazisində yerləşən dayanacağında saxlanılmışdır. Gömrük yoxlaması tam başa çatdıqdan sonra müvafiq sənədləşmə aparılmaqla, yükü müşaiyət edən sənədlərdə ümumiyyətlə göstərilməmiş, 20 (iyirmi) ədəd skuter yükü hüquqpozma predmeti kimi saxlanılmış, yükə dair sənədlər götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi 15 dekabr 2023-cü il tarixli 19/1033 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 1 ədəd ağ-qara rəngli üzərində heç bir marakalanma göstəricisi olmayan elektrikli skuterin xx.xx.2023-cü il tarixə 1 ədədinin orta bazar qiyməti təxminən 400,00 manat, 20 ədədinin qiyməti isə 8000,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 8000.00 (səkkiz min) Azərbaycan manatı məbləğində vəsaitin 40 (qırx) faizi həddində, yəni 3200.00 (üç min iki yüz) Azərbaycan manatı məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-241/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-241/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver