Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2411/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X3 X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 22975621 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, barəsində şikayət verilmiş həmin qərar X8 adlı şəxs barəsində qəbul edilmişdir. Bununla da X8 adlı şəxs barəsində qəbul edilmiş qərardan şikayəti X6 vermişdir. X4 həmin şikayəti X5 adından imzalamaq səlahiyyətinə dair şikayətə hər hansı bir sənəd əlavə edilməmişdir. Beləliklə şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Odur ki, inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarının ləğv edilməsi barədə barəsində qərar qəbul edilmiş şəxs tərəfindən müraciət edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2411/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2411/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver