Məhkəmə qərarları › İş №3(004)-2414/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2414/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2414/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X12 iclas katibliyi ilə, qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, şikayətçi “xxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi X4 etibarnamə üzrə nümayəndələri X3 və X1 iştirakları ilə, Şikayətçi “xxxxxxxxxxx” MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X4 barəsində Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxx” MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DƏMX-nin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən “xxxxxxxxxxx” MMC-nin direktoru X16 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, protokol əsasında xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş MN seriyalı ******* nömrəli qərarla təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilmişdir ki, aşağıdakı əsaslara görə tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, “xxxxxxxxxxx” MMC-nin sabiq işçisi X17 öz işinə etinasız yanaşdığından, əmək funksiyalarını lazımınca yerinə yetirmədiyindən ona irad bildirilmiş, bu iradlarla əlaqədar olaraq işçi öz arzusu ilə xx xxxxxx 2020-ci il tarixdə iş vaxtının sonunda işdən azad olunması barədə ərizə təqdim edərək iş yerini tərk etmişdir. Şirkət tərəfindən işçi Samirə Sadiqi ilə bağlanmış xx xxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildiriş elektron sistemə xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30-da daxil edilmişdir. Lakin iş gününün sonu olduğundan, işəgötürən olaraq şirkətin mühasibatlığının iş saatı bitdiyindən, növbəti tarixlər, yəni xx xxxxxx 2020 və xx xxxxxx 2020-ci il tarixlər qeyri-iş gününə təsadüf etdiyindən işçinin son haqq-hesabının hesablanaraq əmək haqqı kartına köçürülməsi mümkün olmamışdır. Bundan başqa, Samirə Sadiqi özündə olan və şirkətə məxsus olan 1 ədəd mobil telefonu, 2 dəst xidməti geyim və 1 ədəd peyceri qaytarmadığından, ona həmin əmlakları qaytarması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Samirə Sadiqi özündə saxladığı və şirkətə məxsus olan əmlakı yalnız xx xxxxxx 2020-ci il tarixdə qaytarmış, bundan dərhal sonra ona son haqq-hesabı ödənilmişdir. İşçinin şikayəti əsasında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə araşdırma aparılmış və şikayətdə göstərilən hallar öz təsdiqini tapmışdır. Lakin DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən əsassız olaraq şirkətin direktoru Valid Sadıxov barəsində İXM-nin 192.4-cü maddəsi ilə yuxarı həddə cərimə məbləği tətbiq edilmişdir. DƏMX-nin tətbiq edilmiş cərimə məbləği ədalətli olmamışdır. Belə ki, qərar qəbul edilərkən işçinin son haqqıhesabının köçürülməsinin cəmi bir gün gecikməsinin onlardan asılı olmayan səbəblərdən, yəni işçinin işdən azad olunduğu vaxtdan sonrakı iki günün qeyri-iş gününə təsadüf etməsi, həmçinin şirkətə məxsus əmlakların işçi tərəfindən şirkətə gec təqdim edilməsi kimi xüsusatlar nəzərə alınmamışdır. Qeyd edilən halların DƏMX-nin əməkdaşlarının diqqətinə çatdırılmasına baxmayaraq üzrlü əsaslara heç bir əhəmiyyət verilməmiş və şirkətin direktoruna qarşı həmin pozuntuya görə nəzərdə tutulan ən yüksək həddə, yəni 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. Göstərilmişdir ki, DƏMX tərəfindən tətbiq edilmiş cərimə ədalətlilik prinsipinin tələblərinə uyğun deyildir. Həmçinin, DƏMX tərəfindən qərar qəbul edilərkən şirkətin uzun müddətdir davam edən pandemiya dövrü ilə bağlı maliyyə vəziyyətinin çətin olması nəzərə alınmamışdır. Baxmayaraq ki, halhazırda, şirkətin direktoru barəsində tətbiq olunan cərimə şirkətin maliyyə vəziyyətinin daha da çətinləşməsi ilə nəticələnə bilər. Qəbul edilmiş qərar xx xxxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Odur ki, göstərilən hallar nəzərə alınmaqla “xxxxxxxxxxx” MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X16 barəsində qəbul edilmiş DƏMX-nin MN ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “xxxxxxxxxxx” MMC-nin direktoru X4 etibarnamə üzrə nümayəndələri X13 və X6 şikayətin dəlillərinə uyğun izahat verərək DƏMX-nin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X14 şikayəti əsassız hesab edərək xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli və DƏMX-nin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək yeni qərar qəbul edilməlidir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin surətindən müəyyən edilir ki, işəgötürən “xxxxxxxxxxx” MMC-nin adından X16 ilə işçi X17 arasında onun “merçendayzer” vəzifəsinə işə götürülməsinə dair müddətsiz müqavilə bağlanmışdır. Müqavilə ilə razılaşmaya əsasən əmək haqqı məbləği 450 manat müəyyən edilmişdir. Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavədən isə müəyyən edilir ki, razılaşma əsasında əmək haqqı 500 manat məbləğinə dəyişdirilmişdir. Məhkəməyə təqdim edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı X15”ndən müəyyən edilir ki, işə götürən “xxxxxxxxxxx” MMC tərəfindən X17 ilə bağlanmış əmək müqaviləsi məlumatları DƏMX-nin elektron sisteminə daxil edilərək təsdiq edilmişdir. Məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxx” MMC-nin direktoru V.R.Sadıxov tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli töhmət verilməsi barədə aktdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.1-ci maddəsinin a və b bəndinin tələblərinə əməl etmədiyinə görə X7 töhmət verilmişdir. Məhkəməyə təqdim edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X11”ndən və “xxxxxxxxxxx” MMC-nin direktoru V.Sadıxov tərəfindən imzalanmış 073 nömrəli Əmrdən müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) X17 tutduğu vəzifədən azad edilmiş və ona 2019-2020-ci iş ili üzrə istifadə edilməmiş məzuniyyətin (18) təqvim günü üçün pul əvəzi (kompensasiya) ödənilməsi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat DƏMX-nin elektron sisteminə daxil edilərək təsdiq edilmişdir. İş materiallarından müəyyən edilir ki, X17 xx xxxxxx 2020-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq son haqq-hesab ödənişi ona sonuncu iş günü deyil, xx xxxxxx 2020-ci il tarixdə onun hesabına köçürülmüşdür. Belə ki, məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli KM2 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, “xxxxxxxxxxx” MMC tərəfindən X5 bankdakı hesabına 502,81 (beş yüz iki manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan X5 ilkin araşdırma zamanı verdiyi izahatı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, ona son haqq hesab ödənişi xx xxxxxx 2020-ci il tarixdə bankdakı hesabına köçürülmüşdür. İş materiallarında olan X5 Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış ərizəsindən görünür ki, o, qanunsuz olaraq işdən azad edilməsini və son haqq-hesabın edilməməsini bildirərək işəgötürən “xxxxxxxxxxx” MMC-nin direktoru V.R.Sadıxov barəsində zəruri tədbirlərin görülməsini xahiş etmişdir. Aparılmış araşdırma nəticəsində X5 xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq işdən azad edilməsinə baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə ona əmək haqqı ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, V.R.Sadıxov əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər üçün yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən “xxxxxxxxxxx” MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X4 əməlinə düzgün hüquqi qiymət verilərək o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs olaraq təqsirli bilinib xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X16 barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlini yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması qərar qəbul edən DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tam və hərtərəfli araşdırılması təmin edilməmiş və onun əməlində yüngülləşdirici halların olması nəzərə alınmamışdır. Belə ki, Elektron Məhkəmə Sistemi vasitəsilə verilmiş sorğular əsasında nə “xxxxxxxxxxx” MMC-nin, nə də onun direktoru X4 hazıradək hər hansı bir, o cümlədən eyni xarakterli xətanın törədilməsinə görə məsuliyyətə cəlb edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda işin faktiki hallarından görünür ki, X16 tərəfindən törədilmiş inzibati xətanın zərərli nəticələri aradan qaldırılmış və vurulmuş zərər könüllü olaraq ödənilmişdir. Belə ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmamışdan öncə, yəni xx xxxxxx 2020-ci il tarixdə, xətanın törədilməsindən 3 gün sonra işçiyə son haqq-hesabı ödəmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarda hansı əsasla X9 onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin yuxarı həddində təyin edilməsi əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.7-ci maddəsinə görə törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə inzibati tənbeh tətbiq edilərkən Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq hakim Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X4 şəxsiyyəti, törətdiyi xətanın xarakteri, təqsirinin dərəcəsi və məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmaqla barəsində Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli və ona törətdiyi xətaya görə qanunla sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR A ALDİ : Şikayət qismən təmin edilsin. “xxxxxxxxxxx” MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə X9 təyin edilmiş 1500 (bir min beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar