Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2416/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 olan Şəxs MMC (VÖEN: **********)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 1, 1-ci mərtəbədə yerləşən Şəxs MMC-yə məxsus obyektdə xx.xx.2020-ci il tarixdə saat 12:31 radələrində həmin obyektdə MMC-nin işçiləri X7 və X2 fərdi qoruyucu vasitədən istifadə edilmədiyi aşkar etmişdir. Bununla da Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar tətbiq edilənAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi rejimi qaydalarını pozmuşdur. Bununla da o, İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində xx.xx.2020-ci il tarixli, MN №0872274 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsin) nümayəndəsi X8 bildirmişdir ki, müəssisənin işçisi X6 üzərində maska olmuşdur, lakin maskanı aşağı salmışdır danışdığı üçün. X1 işə yeni gəldiyi üçün paltarını dəyişib maska taxmaq istəyəndə şəklini çəkmişlər. Ona görə də protokolla razı deyildir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, iş materiallarındakı xx.xx.2020-ci il tarixli AKT-la, ticarət obyektindən çəkilmiş fotoşəkillə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat(dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2416/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2416/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver