Məhkəmə qərarları › İş №3(004)-2420/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2420/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2420/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1996-cı ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 511.1.3cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor A.Feyzullayev) tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Protokol tərtib etmiş şəxs, Yasamal RPİ DYPŞ YPX-nin inspektoru Adil Feyzullayev məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə protokolda göstərilən əməli törətmişdir. Bu barədə videogörüntü vardır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X2 bildirdi ki, o hər hansı bir avtoxuliqanlıq etməyib. Yol hərəkəti qaydalarını pozması halı olsa da belə, həmin pozuntularda avtoxuliqanlıq hərəkətləri olmamışdır. Avtoxuliqanlıq əməli kimi göstərilən hər hansı bir pozuntu törətməmişdir. Ola bilsin ki manevr qaydasını pozmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokol İXM-nin 511.1.3-cü maddəsi ilə tərtib edildiyindən, həmin maddənin dispozisiyasına əsasən həmin maddədəki avtoxuliqanlıq - mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasından ibarət olan əməl kimi qeyd edilmişdir. Lakin şəxsin həmin əməli törətməsinə dair, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması dair hər hansı bir sübut mövcud deyildir. Məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilməsi zamanı da həmin faktın mövcudluğu təsdiq edilmir. Videogörüntüdə avtomobilin qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ümumiyyətlə mövcud deyildir. Bununla da həmin maddədə göstərilən əməlin törədilməsi öz təsdiqini tapmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar