Məhkəmə qərarları › İş №3(004)-243/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-243/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-243/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqqında iş üzrə qərarla bağlı məhkəməyə ünvanlandığı ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: X3 inzibati xəta haqqında iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş DİN BDYPİ-nin EQ 72321081 saylı protokolun inzibati icraata xitam verilməsi barədə və məcburən tərəfindən ödənilmiş cərimənin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, ərizədə onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayət edilməmiş, qərarın ləğv edilməsi tələb edilməmişdir. Ərizədəki tələb yuxarıdakı kimi olmuşdur. Həmçinin ərizədə həmin qərardan narazı qaldığı təqdirdə qərarın qanunsuzluğunun nədən ibarət olması barədə dəlilləri də qeyd edilməmişdir. Halbuki, inzibati tənbehvermə haqqında qərardan məhkəməyə şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Şikayət dedikdə isə qərardan narazılığın ifadə edilməsi, bu narazılığın əsasları qərarda qeyd edilməli, sonda isə həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi xahiş edilməlidir. Əgər şəxs qərarın ləğv edilməsini və ya dəyişdirilməsini istəmirsə, onda məkəmə öz təşəbbüsü ilə bü cür qərarlardan birini çıxara bilməz. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsində məhkəmənin çıxara biləcəyi qərarlar İXM-nin 134-cü maddəsində qeyd edilmişdir. Şikayətə baxılaraq məhkəmə İXM-nin 134-cü maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bununla da inzibati tənbehvermə haqqında qərarın qanunsuzluğu və həmin qərarın ləğv və ya dəyişdirilməsi məhkəmədən xahiş edilmədiyi üçün, həmin qərarla bağlı məhkəmə ünvanlanmış ərizə və ərizədə yalnız məhkəmədən bu işə baxılması xahiş edildiyindən, məhkəmə isə yalnız qərardan şikayətə baxa bildiyi üçün, həmin ərizə qərardan şikayət kimi qəbul edilə bilmir. Qeyd edilənlərə əsasən hazırkı ərizə əsasında işə baxılması mümkün olmadığından, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 izah edilir ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar