Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2431/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1986-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Zaqatala rayonu, Maqov ərazi dairəsi, Paşan kəndində qeydiyyatda olan Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsxüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədlər olmadan küçələrdə və digər ictimai yerlərdə olmanın qadağan edilməsi tələbini pozmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində küçədə olmaqla xx.xx.2020-ci il tarixdəsaat 23:00 radələrində “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş Komendant saatı rejimini pozmuşdur. Həmçinin o, həmin tarixdə, saatda və Yasamal rayonu D.Bünyadzadə küçəsində içkili vəziyyətdə uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuşdur. Bununla da o, İXM-in 510, 517-2.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs oğlunun məhkəməyə verdiyi izahatında göstərdi ki,içkili olduğu üçün özü də bilmədən küçədə nalayiq söyüşlər söymüş, vətəndaşları narahat etmişdir. Həmçinin Bakı şəhəri Yasamal rayonu ərazisində küçədə olmaqla Komendant saatı rejimini pozmuşdur, əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru Sərxan Quliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxsxüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədlər olmadan küçələrdə və digər ictimai yerlərdə olmanın qadağan edilməsi tələbini pozmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində küçədə olmaqla xx.xx.2020-ci il tarixdəsaat 23:00 radələrində “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş Komendant saatı rejimini pozmuşdur. Həmçinin o, həmin tarixdə, saatda və Yasamal rayonu D.Bünyadzadə küçəsində içkili vəziyyətdə uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuşdur. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) єəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmininzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2020-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 23:10 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinininzibati xətanın törədildiyi yeri, vaxtınəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündəinzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1-ci maddələri ilə təqsirli bilinərək,10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixindən, saat 23:10 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2431/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2431/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver