Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2438/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X12 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının nümayəndəsi X6 iştirakı ilə, «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialla əsasən, X2 xx.xx.2022-ci il tarixindən hazırki vaxta qədər «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törəldilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının nümayəndəsi X13 tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. Aşağıdakılara görə hesab edir ki, İnzibati xəta haqqında protokola əsasən başlanılan inzibati xəta haqqında işə xitam verilməlidir: 1.Qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir: İnzibati xəta haqqında Protokolda qeyd edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixindən hazırki vaxta qədər Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törəldilmişdir. Beləliklə, inzibati xətanın törədildiyi vaxt xx.xx.2022-ci il tarixi olmuş və həmin dövrdə qüvvədə olmuş İnzibati xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən şirkət xx.xx.2022-ci il tarixinə kimi inzibati məsuliyyətə cəlb oluna bilərdi. Belə ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 664-VİQD nömrəli Qanunun qüvvəyə minənədək, AR İnzibati xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bildiyi göstərilmişdir. 2. X1 göstərdiyi xidmət müəssisənin əsas fəaliyyət istiqamətinə uyğun deyil: X2 2-ci Vətən müharibəsinin iştirakçısıdır və 2022-ci ilin sentyabr ayında Filiala müraciət etmiş və bildirmişdir ki, hal-hazırda işlədiyi müəssisədə aşağı maaş alır, ailədə yeganə işləyən şəxsdir, anası xəstədir və Bakı şəhərində kirayədə yaşayır. Qeyd olunanları nəzərə alaraq, Filial tərəfindən xidmət müqaviləsi üzrə neft və qaz əməliyyatlarının aparıldığı ərazilərdə təmizlik işlərinin görülməsi ilə bağlı xidmətlərin göstərilməsi təklif olunmuşdur. Vətəndaş A.B.Salahov qeyd olunan təklif ilə razılaşaraq, fərdi sahibkar kimi Filial ilə xx.xx.2022-ci il tarixli 015 nömrəli xidmət müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən, A.B.Salahovun əsas öhdəlikləri aşağıdakılar olmuşdur: Tapşırılan sahəni istehsalat və məişət tullantılarından, lazımsız əşyalardan təmizləmək; Yollarda və ərazidə çalaları doldurmaq, hamarlamaq, torpaq işləri aparmaq və su axarları üçün nəzərdə tutulmuş kanalları təmizləmək; Ərazini və mühafizə zonasını kol, daş və zibillikdən təmizləmək, otu biçmək; Ərazidə yaşıllıqların salınması, onlara aqrotexniki qulluğun göstərilməsi, suvarılması, diblərinin yumşaldılması, qurumuş ağacların kəsilməsi, sahənin şumlanması və kolkoslardan təmizlənərək ayrılmış əraziyə daşınması işlərini yerinə yetirmək; Yeni salınacaq yaşıllıq yerlərinin hazırlanması, qazılması, ağacların diblərinə payaların basdırılması və bərkidilməsi. Alət, avadanlıq və qurğuları, neft və qaz kəmərlərini silib təmizləmək, yağlamaq, rəngləmək; İstehsalat sahəsində yardımçı və köməkçi işləri yerinə yetirmək. Məhkəmənin nəzərinə çatdırır ki, Filial ‘Azərbaycan Respublikasında Balaxanı-Sabunçu- Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında bağlanmış Sazişə əsasən, Balaxanı-Sabunçu- Ramana və Kürdəxanı yataqlarında neft-qaz əməliyyatları ilə məşğul olur. A.B.Salahovun göstəriyi xidmət Filialın əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı deyil. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi, A.B.Salahovun yerinə yetirdiyi xidmətlər ərazinin abadlaşdırılması və təmizlənməsi ilə bağlıdır. Belə olan halda, yəni A.B.Salahovun göstəriyi xidmət Filialın əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmadığı üçün, Filialın üzərinə onunla əmək müqaviləsinin bağlanması öhdəliyi qoyula bilməz. Digər tərəfdən Sazişin 8.3-cü maddəsinə əsasən, Əməliyyat şirkəti işçi heyətinin mümkün minimum sayı ilə məhdudlaşır və Podratçı adından Neft-qaz əməliyyatlarının gündəlik aparılması üçün zəruri olan idarəetmə, texniki mütəxəssislər, əməliyyat, istismar və inzibati heyətdən ibarətdir. A.B.Salahovun göstəriyi xidmət yuxarıda sadalanan heyətlərin hər hansı birinə uyğun deyildir. Yuxarıda qeyd olunanlara əsasən, fərdi sahibkar A.B.Salahovla xidmət müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq, X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Filal barəsində əsassız olaraq, inzibati xəta haqqında işə başlanılmışdır. Hesab edir ki, Filialın əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati icraata xitam verilməlidir. Həmçinin, qeyd olunan inzibati xəta ilə bağlı Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hasilat üzrə vitse-prezidenti X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar ilə 4000 (dörd min) manat məbləğində cərimələnmişdir. Əgər qeyd olunan halı inzibati xəta kimi qəbul etsək belə, bu halın baş verməsi vəzifəli şəxsin qanunu düzgün tətbiq etməməsindən irəli gəlmiş və buna görə də vəzifəli şəxs cərimələnmişdir. Bu səbəbdən də hesab edirik ki, eyni inzibati xəta görə Filialın da cərimələnməsi düzgün deyildir. Belə ki, vəzifəli şəxs ilə vətəndaş arasında bağlanan xidmət müqaviləsinə görə Filial nər hansı mənfəət əldə etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31,3-cü maddələri). Göstərilən halları nəzərə alaraq barəsində başlanlmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2022-ci il tarixindən hazırki vaxta qədər «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialı ilə fərdi sahibkar X7 (VÖEN **********) arasında bağlanmış xx.xx.2012-ci il tarixli xidmət müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən A.B.Salahov ərazinin abadlaşdırılması və təmizlənməsi üzrə xidmətləri öz öhdəliyinə götürmüşdür. Göründüyü kimi, fərdi sahibkar A.B.Salahov «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamış, nəticədə inzibati xətanın subyekti düzgün müəyyən edilməmiş və yanlışlıqla «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, A.B.Salahovun fərdi sahibkar kimi fəaliyyət göstərdiyindən, VOEN-i olduğuna görə və o, öz növbəsində vergi ödədiyinə görə onunla əmək müqaviləsi deyl, məhz xidmət müqaviləsi bağlanıla bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialı hazırkı inzibati xəta üzrə subyekt hesab edilə bilməz. Belə ki, inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda adlı qeyd edilən şəxs, yəni A.B.Salahov «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən qeyrirəsmi əmək münasibətlərinə cəlb edilməmişdir. Hal-hazırki iş üzrə inzibati xəta tərkibinin dörd zəruri elementindən biri olan subyekt düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialınin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: «X9 Ltd» Şirkətinin Azərbaycan Respublikasındaki Filialının (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2438/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2438/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver