Məhkəmə qərarları › İş №3(004)-245/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-245/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-245/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, X1 nümayəndəsi X9 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMMC-nin rəhbəri X4 və vəkili Vəkil iştirakları ilə, "xxxx" MMMC-nin rəhbəri X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş 10 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-10/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli icra sənədi borclu "xxxx" MMMC tərəfindən yerinə yetirilmir və bununla bağlı X11 vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirmir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək MMC barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan "xxxx" MMMC-nin rəhbəri X4 vəkili Vəkil şikayət verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, "xxxx" MMMC-nin rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru İ.İ.İsmayılov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı mülkiyyətçi X8 "xxxx" MMMC və onun tərəfindən hər hansı maneəçilik törədilmir. Hətta zirzəminin qapısının açılması üçün pultda icra məmuruna təhvil verilmişdir. İcra hərəkətləri aparılan zaman onlara çıxarış təqdim edilmədiyindən və bununla da X8 məxsus hissə dəqiq müəyyən edilmədiyindən ilk vaxtlar onların zirzəmiyə daxil olmasının qarşısı alınmış, lakin çıxarış təqdim edildikdən sonra heç bir müdaxilə edilməmişdir. Zirzəmidə dayanmış avtomobillər sakinlərə məxsusdur və icra məmurunun qanuni göstərişindən sonra sakinlər məlumatlandırılmış və həmin avtomobillər oradan çıxarılmışdır. Orada su nasosları və elektrik sayqacları olduğundan həmin zirzəminin tam şəkildə X8 məxsus olması mümkün deyildir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 vəkili Vəkil D.S.Cəfərovanın dediklərini bir daha təsdiqləyərək, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X14 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri-yaşayış sahəsi onun oğlunun mülkiyyətidir. Bakı Apellyasiya Məkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsi ilə "xxxx" MMC-nin nümayəndələrinə və qeyrilərinə mülkiyyəçinin həmin sahədə istifadə etməsinə hər hansı maneələrin yaradılması qadağan edilməsinə baxmayaraq hazırda mülkiyyətçi həmin ərazidən istifadə edə bilmir, buna səbəb isə "xxxx" MMC-nin rəhbəri X4 həmin ərazidə avtomobillərin saxlanmasına şərait yaratması olmuşdur. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, D.S.Cəfərovanın barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək iddiaçı X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri yaşayış sahəsindən və digər iddiaçı X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, ev 9B ünvanında yerləşən 589.8 kv.m qeyriyaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi və maneələr olunması (E.Məmmədovanın mülkiyyətində olan qeyri yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, Y.Məmmədovun mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən hər hansı maneə və s.) cavabdeh "xxxx" MMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən tərtib edilmiş 23.12.2021-ci il tarixli aktdan görünür ki, 23.12.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 saylı icra sənədi üzrə tələb icra məmuru İsmayılov İsmayıl tərəfindən ucadan oxunmuş və borclu "xxxx" MMMC-nin rəhbəri X7 işə mahiyyəti üzrə baxılıb həll edilənədək, X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 582.30 kv.m. qeyriyaşayış sahəsindən və digər tələbkar X5 mülkiyyətində olan həmin ünvanda yerləşən 589.8 kv.m qeyri-yaşayış sahəsindən tələbkarlara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi və maneələr olunması (E.Məmmədovanın mülkiyyətində olan qeyri yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, Y.Məmmədovun mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən hər hansı maneə və s.) cavabdeh "xxxx" MMMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilmişdir. D.Cəfərovaya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri izah edilmiş və məsuliyyət barədə xəbərdarlıq olunmuşdur. Dəstəgül Cəfərova MMMC-nin sədri olaraq qərarda qeyd olunmuş qeyri-yaşayış sahələrinə heç vaxt maneçilik törətməmiş, Yunis Məmmədova aid olan qeyri-yaşayış sahəsində maşın saxlamamış və saxlamaycaqdır. Həmin çıxarışın etibarsızlığına görə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarlarının qanuni qüvvəsini alana qədər qeyri-yaşayış sahəsində maşın saxlamayacaq. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən tərtib edilmiş 24.01.2022-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, ev 9B ünvanına gəlmişlər. Həmin ünvandakı zirzəmi qatına avtomobillə enmək üçün nəzərdə tutulmuş jalyüz qapı bağlı olmuşdur. Borclu Şəxs MMC-nin rəhbəri tərəfindən təqdim edilmiş pult açarı (məsafədən idarə etmə açarı) vasitəsilə qapını açmaq mümkün olmamış və bununla əlaqədar zirzəmi qatına enmək mümkün olmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək iddiaçı X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri yaşayış sahəsindən və digər iddiaçı X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, ev 9B ünvanında yerləşən 589.8 kv.m qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi və maneələr olunması (E.Məmmədovanın mülkiyyətində olan qeyri yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, Y.Məmmədovun mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən hər hansı maneə və s.) cavabdeh "xxxx" MMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilmişdir. İcra sənədləri üzrə icraata müvafiq olaraq 20.12.2021-ci il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli qərarı ilə qadağan edilmiş hərəkətlərə yol verilmişdir. Buna görə də icra məmuru tərəfindən dəfələrlə əraziyə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Lakin, inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən sahənin istifadəsinə və ya həmin sahəni təyinatı üzrə istifadə edilməsinə hər hansı maneənin (sahəyə giriş qapısını hörməklə və ya digər üsulla bağlamaq, eləcədə önünə daş kəsək tökmək və ya kanal qazmaqla girişi geyri mümkün etmək, eləcədə həmin sahədə qəsdən özünə və ya MMC-yə məxsus avtomobilləri və ya avadanlıqları saxlamaqla istifadəsini məhdudlaşdırmaq) törədilməsi müəyyən edilmir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu "xxxx" MMCnin rəhbəri D.S.Cəfərovanın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri D.S.Cəfərovanın əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin icra olunmamasında D.S.Cəfərovanın psixi münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən D.S.Cəfərovanın barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri D.S.Cəfərovanın əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMMC-nin rəhbəri X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar