Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2450/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1986-cı il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Agdam rayonu, 20 yanvar küçəsi, döngə 3, ev 16 ünvanında qeydiyyatda olan və ünvan 1da yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-1969/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3281/2018 saylı, xx.xx.2018-ci il tarixli və Ağdam Rayon Məhkəməsinin 2(013)-04/2021 saylıxx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1969/2021 saylı, xx.xx.2021-ci il tarixli tarixli icra vərəqəsinə əsasən X1 4900 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat- cəmi 4930 (dörd min doqquz yüz otuz) manat alınaraq X5 verilməlidir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3281/2018 saylı icra vərəqəsinə əsasən, Lizinq obyekti olan “Daewoo Lacetti” markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomaşın Şəxs alınaraq "xxxx" MMC-nə verilməyini. Şəxs “Azevrolizinq” mədud məsuliyyətli cəmiyyətinin xeyrinə 09 aprel 2015-ci il tarixli, AL-883 saylı X7 üzrə lizinq ödənişi qismində əsas məbləğ kimi 7383 manat 97 qəpik, lizinq mükafatı qismində 1638 manat 76 qəpik və dəbbə pulu qismində 10 manat, cəmi 9032.73 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa Ağdam Rayon Məhkəməsinin 2(013)-04/2021-ci il tarixlu icra vərəqəsinə əsasən, Şəxs ümumilikdə 3944 manat əsas, 10 manat cərimə-cəmi 3954 manat və ödənilmiş dövlət rüsumu əvəzinə 30 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəxs icra vərəqələrinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 1000 manat və məhkəmə iclasından qabaq icra vərəqələrinin icrası ilə əlaqədar olaraq 700 manat məbləğində pul vəsaitini ödəmişdir və bununla bağlı çıxarışı məhkəməyə təqdim etmişdir. İcra sənədi üzrə tələbi tam icra edə bilməməsinin səbəbi işsizliyidir. Onun heç bir halda icra sənədinin icrasından yayınmaq niyyəti yoxdur və gəliri olduğu halda qalan hissəni də tam həcmdə ödəyəcək. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1969/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə X1 4900 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 4930 (dörd min doqquz yüz otuz) manat alınaraq X5 verilməlidir. İş materiallarında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3281/2018 saylı icra vərəqəsinə əsasən, Lizinq obyekti olan “Daewoo Lacetti” markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomaşın Şəxs alınaraq "xxxx" MMC-nə verilməyini. Şəxs “Azevrolizinq” Mədud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 09 aprel 2015-ci il tarixli, AL-883 saylı X7 üzrə lizinq ödənişi qismində əsas məbləğ kimi 7383 manat 97 qəpik, lizinq mükafatı qismində 1638 manat 76 qəpik və dəbbə pulu qismində 10 manat, cəmi 9032.73 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarında Ağdam Rayon Məhkəməsinin 2(013)-04/2021-ci il tarixlu icra vərəqəsinə əsasən, Şəxs ümumilikdə 3944 manat əsas, 10 manat cərimə-cəmi 3954 manat və ödənilmiş dövlət rüsumu əvəzinə 30 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3281/2018 saylı icra vərəqəsinə əsasən icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən Ağdam Rayon Məhkəməsinin 2(013)-1969/2021 saylı icra vərəqəsinə əsasən icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Ağdam Rayon Məhkəməsinin 2(013)-04/2021 saylı icra vərəqəsinə əsasən icraata başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 11385 nömrəli qəbzin surətindən müəyyən olunur ki, Şəxs 700 manat məbləğində pul vəsaitini məhkəmənin depozit hesabına ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən nəzər alınmalıdır ki, Şəxs əmək haqqından əlavə digər gəliri və ya hər hansı bir əmlakı, bank hesablarında pul vəsaitləri yoxdur.Həmçinin onun 700 manat məbləğində pul vəsaitini məhkəmənin depozitinə ödəməsi öz təsdiqin tapır. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi faktı aşkar edilməmişdir. Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından, eyni zamanda İXM-nin 53.1.7-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 53.1.7, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2450/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2450/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver