Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2468/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1990-cı ildə Tovuz rayonu, Azaflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonu, Azaflı ərazi dairəsi, Azaflı kəndində qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. 03 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:47-də “Mıtsubıshı Canter xüsusi təy.” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xüsusi (çoxavazlı) səs siqnalı ilə idarə etdiyi müəyyən edilmiş, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Həmin avtomobil 2 ay olar ki, istifadəsindədir. Avtomobil onun istifadəsinə verilən vaxtdan çoxavazlı səs siqnalını sökmüş və avtomobildə başqa saxlanc yeri olmadığından kabinənin içərisinə qoymuşdur. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, çoxavazlı səs siqnalının işləmədiyini, sadəcə olaraq avtomobildə qaldığını bildirmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:47-də “Mıtsubıshı Canter xüsusi təy.” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xüsusi (çoxavazlı) səs siqnalı ilə idarə etdiyi müəyyən edilmiş, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhər BPİ DYPİ-nin YPX (baş) inspektoru, polis baş serjantı X2 verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə səhər təlimatında iştirak edib, ona təhkim olunmuş BMW markalı 99YP401 dövlət qeydiyyat nişanlı avtomobillə xidmətə çıxmış, Bakı şəhəri, Yasamal rayonu ərazisində xidmətdə olan zaman Mitsubishi markalı, 77DB766 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü avtomobili qanunla tətbiqinə icazə verilməyən çoxavazlı səs siqnalı ilə təchiz etdiyi üçün saxlamışdır. Sürücü Şəxs özünü təqdim edib qayda pozuntusu barədə məlumat vermiş, MİS-də yoxlamalar aparmışdır. Vətəndaş avtomobildə olan pozuntunu yerində aradan qaldıra bilməyəcəyini bildirmişdir. Bundan sonra avtomobili mühafizə olunan duracağa yerləşdirmişdir. Daha sonra vətəndaş Özal Əlizadə barəsində İXM-nin 342.9 maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati protokolu və duracaq aktını baxılması üçün gün sonunda inzibati şöbəyə təhvil vermiş, vətəndaşa qarşı hansısa qanunazidd hərəkətlərə yol verməmişdir. Nəqliyyat vasitəsinə baxış haqqında xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhər BPİ DYPİ-in İXHİÜİŞ-nin baş inspektoru polis mayoru X1, avtomobil mütəxəsisi X3 və hal şahidlərinin iştirakı ilə bu aktı tərtib etmişlər ondan ötəri ki, MİTSUBİSHİ markalı **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müvafiq icazə olmadan xüsusi ( çox avazlı ) səs siqnalı ilə təchiz edilməsi aşkar olunmuşdur. 03 aprel 2025-ci il tarixli aktdan görünür ki, vətəndaş Şəxs idarə etdiyi “Mitsubishi” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş xüsusi (çoxavazlı) səs siqnalı Bakı şəhər BPİ DYPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə edilmiş videogörüntüdən müəyyən edilir ki, “Mıtsubıshı Canter xüsusi təy.” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı quraşdırılmayıb, sökülmüş və elektirik naqilləri üzərinə dolaşıq vəziyyətdədir. Məhkəmə proses iştirakçısınının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibini yaradır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs idarə etdiyi “Mitsubishi Canter” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobilin texniki baxış zamanı həmin nəqliyyat vasitəsində çoxavazlı səs siqnalının quraşdırılmadığı, siqnalın sökülmüş vəziyyətdə olduğu və elektrik naqillərinin dolaşıq və birləşdirilməmiş halda olduğu aşkar edilmişdir. Bu fakt göstərir ki, siqnal nə yalnız texniki cəhətdən istifadəyə yararlı olmuş, nə də faktiki olaraq işlək vəziyyətdə olmuşdur. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tətbiqi üçün həm səs siqnalının avtomobilə quraşdırılması, həm də faktiki istifadə və ya istifadə etməyə hazır vəziyyətdə olması tələb olunur. Bundan başqa, barəsində inzibati protokol tərtib edilən şəxs izahatında göstərmişdir ki, avtomobili təxminən iki ay əvvəl istifadəyə götürüb və həmin vaxtdan etibarən çoxavazlı səs siqnalı avtomobildən sökülüb. Onun izahı iş üzrə digər sübutlarla, o cümlədən texniki baxış nəticəsində tərtib edilmiş aktla təsdiq olunur və şübhə doğurmur. Həmçinin, həmin səs siqnalı yalnız avtomobilin içərisində yerləşsə də, naqilləri birləşdirilməmiş, texniki olaraq sistemə qoşulmamış və istifadəsi mümkün olmayan vəziyyətdə olmuşdur. Belə olan halda, nəqliyyat vasitəsində “xüsusi səs siqnalının quraşdırılması” faktı formal olaraq da təsbit edilə bilməz. Eyni zamanda, Bakı Şəhər BPİ DYPİ-nin əməkdaşı – polis baş serjantı Sərxan Muxdarovun xx.xx.2025-ci il tarixli izahat sənədində tamamilə başqa bir şəxsin – Özal Əlizadənin barəsində protokol tərtib edildiyi göstərilmişdir. Bu isə təqdim edilmiş izahatın kompüter üzərində şablonla hazırlanaraq konkret hallara uyğunlaşdırılmadan protokola əlavə edildiyini göstərir. Belə texniki və məzmun uyğunsuzluğu inzibati icraatın obyektiv aparılmadığını, sübutların isə mötəbər olmadığını göstərir və inzibati məsuliyyətə cəlbetmənin hüquqi əsasını zəiflədir. O da qeyd edilməlidir ki, “Mıtsubıshı Canter xüsusi təy.” markalı avtomobilin kabinasından başqa saxlanc yeri olmadığından sözügedən səs siqnalının avtomobilin kabinasında naqilləri üzərinə dolaşıq vəziyyətdə olması həmin şəxsin ondan istifadə etməsinin mütləq sübutu olmamaqla, başqa yerdə saxlanmasının ondan asılı olmadığını təsdiq edir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, təqdim edilmiş sübutlar əsasında Şəxs inzibati xəta törətdiyini təsdiqləyən aydın, qəti və şübhəsiz dəlillər mövcud deyil. Səs siqnalı nə quraşdırılıb, nə də istifadəyə yararlı vəziyyətdə olub. Bu isə inzibati xəta tərkibini istisna edir. Üstəlik, izahatda digər şəxsin adının yer alması inzibati icraatın formallıqla aparıldığını göstərir. Qeyd olunan halların məcmusu əsasında nəticəyə gəlmək olar ki, Şəxs barəsində başlanmış inzibati icraata əsaslı sübut və hüquqi tərkib olmadığı üçün xitam verilməsi qanuna və ədalət prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsin də təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməli, dövriyyədən çıxarılmamış səs siqnalı onun qanuni sahibinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Bakı şəhər BPİ DYPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş səs siqnalı qanuni sahibinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2468/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2468/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver