Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-247/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, şikayətçi - X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail rayonu RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru X2 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 29 dekabr 2023-cü il tarixdə saat 18:30-da ünvan 1 ünvanında “Mercedes” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən qarşıda hərəkətdə olan ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə ara məsafəsini saxlamaqla həmin küçə ilə hərəkət edərkən qarşısında hərəkətdə olan sürücü yolda yol hərəkəti qaydalarının xəbərdaredici 1.16 nişanı quraşdırılmadığı halda tramplin səbəbindən qəfil əyləcə basmışdır. Həmin zaman qeyd edilən nəqliyyat vasitəsi ilə qəza şəraitinin qarşısını almaq üçün dərhal sola dönmək məcburiyyətində qalmış, qoşa xətti keçmiş və qarşı zolağa çıxmışdır. Bu zaman əks zolaqda ona qarşı nəqliyyat vasitəsinin irəlilədiyini görüb, 1.3 nişanlanma xəttinin tələblərini pozaraq avtomobilini qəzanın qarşısını almaq üçün sükanı sola çevirərək yolda tam 180 dərəcə döndərib, avtomobilini yolun əks istiqamətində olan zolaqda saxlamışdır. Bu zaman qarşıdan ona tərəf irəliləyən nəqliyyat vasitəsinin isə 251 nömrəli yol patrul xidmətinin avtomobilinin olduğu müəyyən edilmişdir. 251 nömrəli yol patrul xidmətinin avtomobilində xidmətdə olan polis əməkdaşı Elnur İsgəndərovla söhbət zamanı manevrinə səbəb olan halları izah etməyə çalışmışdır. Lakin onun arqumentlərinə cavab olaraq polis əməkdaşı bildirmişdir ki, əgər o sadəcə sola dönüb qoşa xətti keçsəydi, qəzadan yayınmağa çalışdığını başa düşəcəkdi, amma tamamilə döndüyü üçün bu, qaydanın pozuntusu sayılır. Belə ki, o, şikayətçinin arqumentlərini nəzərə almayaraq özünü kobud aparmış, səsini ucaltmış, ona qarşı əsassız cərimə etməsini qəbul etmədiyindən avtomobilinə əyləşmək istədikdə həmin polis əməkdaşı qolundan tutaraq fiziki güc tədqiq etməklə hərəkətini məhdudlaşdırmışdır. Nəticədə o, şikayətçinin barəsində 327.2 maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göstərilənləri və şikayətçinin hərəkətlərinin daha ağır qəzanın qarşısının alınması zərurətindən irəli gəldiyini nəzərə alaraq məhkəmədən xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və qərarla ona təyin edilmiş 80 manat məbləğində cərimə məbləğinin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədə xahiş etdi. Verilmiş suallara əsasən X4 izahatında əalvə olaraq bildirdi ki, onun sola dönərək qarşı zolağa çıxmaq kimi bir niyyəti olmamış sadəcə baş verə biləcək qəzanın qarşısını almaq üçün belə bir manevr etmişdir. Həmçinin 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan tabeçilik qaydasında yuxarı orqana şikayət verməmişdir. Bundan başqa o, xəta ilə bağlı razılaşmamasını polis əməkdaşına birbaşa bildirməsinə baxmayaraq onun barəsində protokol tərtib edilmədən inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. O, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Səbail rayonu RPİ-nin DYPŞnə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Səbail rayonu RPİ-nin DYPŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru X2 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü Ş.C.Qurbanov 29 dekabr 2023-cü il tarixdə, saat 18:36-da idarə etdiyi “Mercedes C180 minik” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 2 ünvanında “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən manevr qaydalarını pozmasına görə həmin qərarla Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ş.C.Qurbanov 29 dekabr 2023-cü il tarixdə 18:36 radələrində “Mercedes C180 minik” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail RPİ DYPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru X3 tərəfindən saxlanılmış və barəsində 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xətanın aşkar edilməsindən dərhal sonra, yəni protokol tərtib edilmədən qəbul edilmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, qərar qəbul edilməmişdən öncə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Ş.C.Qurbanov ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Belə olan halda qanunvericiliyin tələbinə əsasən baş inspektorun yerində qərar qəbul etmək səlahiyyəti olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onun etirazı nəzərə alınmadan dərhal sonra qəbul edildiyindən, yəni İXM-nin 124.3-cü maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru X2 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri Səbail rayonu RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİnin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş 80 manat məbləğində inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail rayonu RPİnin DYPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru X2 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Səbail rayonu RPİ-nin DYPŞ-nə göndərilsin. Qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-247/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-247/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver