Məhkəmə qərarları › İş №3(004)-2482/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2482/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2482/2022 09.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, X1 nümayəndəsi X9 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMMC-nin rəhbəri X3 və "xxxx" MMMC-nin vəkili Nümayəndə iştirakları ilə, "xxxx" MMMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş 19 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-10/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli icra sənədi borclu "xxxx" MMMC tərəfindən yerinə yetirilmir və bununla bağlı Hüquqi şəxs "xxxx" MMMC icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə "xxxx" MMMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək iddiaçı X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri yaşayış sahəsindən və digər iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9B ünvanında yerləşən 589.8 kv.m qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi və maneələr olunması (E.Məmmədovanın mülkiyyətində olan qeyri yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, Y.Məmmədovun mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən hər hansı maneə və s.) cavabdeh "xxxx" MMMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilmişdir. İcra sənədi üzrə icraata 07 dekabr 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsinin tələblərinə riayət etməyərək, Y.Məmmədovun mülkiyyətində olan zirzəmiyə daxil olaraq orada avtomobillərin dayanmasına şərait yaratmışdır. Əlavə olaraq, İ.İsmayılov bildirdi ki, E.Məmmədovaya məxsus 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi olan və uşağ bağçası kimi fəaliyyət göstərən obyektin işıgları dəfələrlə "xxxx" MMMC-nin müdiri olan Cəfərova Dəstəgül tərəfindən kəsilmişdir. Bunu etməyə heç bir əsası olmamışdır, çünki enerji təchizatın pulu vaxtı vaxtında ödənilir.Bununla bağlı həmin sahəyə onun tərəfindən baxış keçirilmiş, Dəstəgül Cəfərovaya Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsində nəzərdə tutulmuş tələblərə riayət etməsi izah edilməsinə baxmayaraq, o icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra vərəqəsi ilə qadağan olunmuş əməllərə yol vermişdir. Göstərilənlərə əsasən borclu "xxxx" MMMC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, mülkiyyətçinin həmin zirzəmidən istifadə etməsinə yaradılan maneələrin qarşısının alınması məqsədilə Dəstəgül Cəfərova tərəfindən dəfələrlə maneələr törədilərək, mülkiyyətci Y.Məmmədovun hüquqları pozulmuşdur. Hal hazırda da icra vərəqəsində qeyd olunan hər iki tələb MMMC tərəfindən icra olunmayıb. Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMMC-nin rəhbəri X10 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı mülkiyyətçi X8 "xxxx" MMMC və onun tərəfindən hər hansı maneəçilik törədilmir. Hətta zirzəminin qapısının açılması üçün pultda icra məmuruna təhvil verilmişdir. İcra hərəkətləri aparılan zaman onlara çıxarış təqdim edilmədiyindən və bununlada X8 məxsus hissə dəqiq müəyyən edilmədiyindən ilk vaxtlar onların zirzəmiyə daxil olmasının qarşısı alınmış lakin çıxarış təqdim edildikdən sonra heç bir müdaxilə edilməmişdir. Zirzəmidə dayanmış avtomobillər sakinlərə məxsusdur və icra məmurunun qanuni göstərişindən sonra sakinlər məlumatlandırılmış və həmin avtomobillər oradan çıxarılmışdır. Orada su nasosları və elektrik sayqacları olduğundan həmin zirzəminin tam şəkildə X8 məxsus olması mümkün deyildir. Uşağ bağçasının enerji təchizatı ilə olan problemlər ona aid deyil, bütün məsələlərlə bağlı "xxxx" ASC-ə müraciət etmək lazımdır.Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq pulta hər hansı müdaxilə edilmədiyini, bundan əlavə tələbkar X11 ilə razılağa gəlmək fikrinin olmadığını bildirmişdir. "xxxx" MMMC-nin vəkili Nümayəndə D.S.Cəfərovanın dediklərini təsdiqləyərək bildirmişdir ki, qeyri yaşayış sahəsinin çıxarışının etibarsız olması MMMC tərəfindən mübahisələndirilmişdir. Bakı Apellyasiya Məkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsi verildikdən sonra Yunis Məmmədova məxsus hissə dəqiq göstərilməmişdir. İlk öncə həmin hissənin digər yaşayış binasının zirzəmisi olması barədə onlarda şübhələr yaranmış və bu səbəbdəndə onlara həmin əraziyə daxil olmaq qadağan edilmişdir. Lakin sənədlər təqdim edildikdən sonra hətta həmin zirzəminin pultunun verilməsi öhdəlikləri olmasa belə həmin pult icra məmuruna təqdim edilmişdir. Binanın zirzəmisinin yalnız bir qismi Yunis Məmmədova məxsusdur və bu səbəbdəndə orada digər hissədə maşınların saxlanılması və qapının daima bağlı olması tələbi qanunsuzdur. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X13 öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyriyaşayış sahəsi onun oğlunun mülkiyyətidir. Bakı Apellyasiya Məkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsi ilə "xxxx" MMMC-nin nümayəndələrinə və qeyrilərinə mülkiyyəçinin həmin sahədə istifadə etməsinə hər hansı maneələrin yaradılması qadağan edilməsinə baxmayaraq hazırda mülkiyyətçi həmin ərazidən istifadə edə bilmir, buna səbəb isə "xxxx" MMMC-nin rəhbəri X3 həmin ərazidə avtomobillərin saxlanmasına şərait yaratması olmuşdur.Son iki ay ərzində isə dəfələrlə binanın 2-ci mərtəbəsində yerləşən uşağ bağçasının işığı dəfələrlə MMMC-nin əməkdaşları tərəfindən kəsilmişdir. Artıq vəziyyət dözülməz həttə çatmasını və D.Cəfərovanın özünün, oğlunun və digər gohumlarının qanunsuz hərəkətlərinə son qoyulmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, "xxxx" MMMC-nin rəhbərli ilə dəfələrlə razılığa gəlməyə çalışsada onlarla heç bir razılığa gəlməmişdir. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək iddiaçı X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri yaşayış sahəsindən və digər iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9B ünvanında yerləşən 589.8 kv.m qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi və maneələr olunması (E.Məmmədovanın mülkiyyətində olan qeyri yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, Y.Məmmədovun mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən hər hansı maneə və s.) cavabdeh "xxxx" MMMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu "xxxx" MMMCyə göndərilmişdir. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu "xxxx" MMMC-yə ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün "xxxx" MMMC-yə xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışdan müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X7r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9B ünvanında yerləən 582.30 kvadratmetr qeyri yaşayış sahəsi X8 məxsusdur. İş materiallarında olan xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsində qeyd olunan hər iki tələb "xxxx" MMMC tərəfindən icra olunmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli icra vərəqəsinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək iddiaçı X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri yaşayış sahəsindən və digər iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9B ünvanında yerləşən 589.8 kv.m qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi və maneələr olunması (E.Məmmədovanın mülkiyyətində olan qeyri yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, Y.Məmmədovun mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən hər hansı maneə və s.) cavabdeh "xxxx" MMMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilmişdir. İcra sənədləri üzrə icraata müvafiq olaraq xx.xx.2021-ci il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli MTT(103)-10/2021 nömrəli qərarı ilə qadağan edilmiş hərəkətlərə yol verilmişdir. Buna görə də icra məmuru tərəfindən dəfələrlə əraziyə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" MMMC bu günədək qərardadda əks olunmuş qadağalara yol verərək X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, ev 9 B ünvanında yerləşən 582.30 kv.m qeyri yaşayış sahəsində avtomobillərin saxlanmasına şərait yaratmışdır və süni maneələr yaradılaraq müdaxilə edilməsi, icra sənədlərinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədlərinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən "xxxx" MMMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən "xxxx" MMMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "xxxx" MMMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə "xxxx" MMMC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar