Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2486/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin Yol-patrul xidmətinin inspektoru V.S.Fərhadov tərəfindən X1 barəsində tərtib edilmiş 01 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs həmin gün saat 16:09-da Bakı şəhərində idarə etdiyi «Toyota Prado» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən qurğulardan istifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, 01 may 2022-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi «Toyota Prado» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı yerin yanında avtoyuma məntəqəsinin yanında saxlamışdır. Avtomobili avtoyuma məntəqəsindən götürəndən sonra istifadə olunan dəsmal yaddan çıxıb qalmışdı arxa buferin üstündə.Avtomobil hərəkətsiz dayanmışdır. Xəbəri olmadan həmən vəziyyətdə DYP-nin əməkdaşı telefon vasitəsi ilə çəkərək onun barəsində İXM-nin 342.9-cu maddəsi ilə onun barəsində protokol tərtib etmişdir. Bu barədə o Bakı şəhəri DYPİ-nə dəvət olunanda xəbər tutmuşdur. O, qeydiyyat nişanının üzərinə dəsmalın yuyucu tərəfindən tərəfindən qoyulmasını və orda unudulmasını qeyd etdi. Əgər özü hansısa qayda pozuntusandan yayınmaq üçün bunu etsə idi, o zaman ön qeydiyyat nişanını da gizlədərdi. Törədilmiş əməlin ona heç bir aidiyyatı yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına nəzər saldıqda müəyyən edilir ki, Şəxs inzibati xətanı, yəni nəqliyyat vasitəsinin arxa hissəsindəki qeydiyyat nişanının üzərinə maneə çəkməsi yalnız protokola əlavə edilmiş diskdə olan fotoşəkillə müəyyən edilir. Qeyd edilməlidir ki, görüntülərə əsasən maşının yol kənarında dayanmış, park vəziyyətindədir və arxa hissədəki qeydiyyat nişanı üzərindəki örtüyün də məhz Şəxs tərəfindən quradılmasına dair heç bir əlavə sübut mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Q,Məlikov maşını avtoyuma məntəqəsinin yanında park edərkən arxa hissədəki qeydiyyat nişanı üzərində hansısa bir örtüyün olmasından xəbəri olmamışdır, dəsmal ilə dövlət nişanın bağlanmasını absurd hesab edir Başqa sözlə həmin örtüyün birbaşa olaraq Q.Ə..Məlikov tərəfindən qeydiyyat nişanı üzərinə çəkilməsinə dair isə iş üzrə heç bir mötəbər sübut əldə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin 01 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanı törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2486/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2486/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver