Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2490/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinin adından X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hadisə yerinə gəlmiş inspektor tərəfindən ilk dəfə, yerində obyektiv araşdırma aparılmış və bilavasitə hadisə yerini müayinə edərək, tərəfləri dinləyərək doğru olaraq Cumayevin YNH-də günahkar olması barədə qərar qəbul edilmişdir. Hadisədən xeyli vaxt sonra protokol tərtib edilməsi həm AR İXM-nin tələblərinə, həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli №Q25-001-17 saylı Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”№-ın tələbləri ciddi şəkildə pozulmuşdur. Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli N3(004)-190/2023 saylı Qərarı ilə barəsindəki qərardan verdiyi şikayəti təmin olunmuş, 27 oktyabr 2022-ci il tarixli, TP5367262 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinə göndərilməsi qərara alınmışdır. Bu arada, xx.xx.2023-cü il tarixdə həmin avtomobili idarə edərkən DYP əməkdaşı onu saxlayaraq cərimə ödəmədiyi üçün avtomobili qəti şəkildə cərimə dayanacağına aparılmasını tələb etdi və apardı. Məhkəmə qərarı ilə barəsindəki DYP qərarının ləğv edildiyini bildirsə də buna əhəmiyyət verilmədi. Heç bir güzəşt olmayacağı və heç nəyin xeyrinin olmayacağını görüb çarəsizlikdən, avtomobili dayanacaqdan çıxarmaq üçün cəriməni ödədi. Lakin bu onun həmin cərimə ilə, yəni hadisədə günahlı olmağı ilə barışmağı demək deyil. Uzun müddət şəhər DYP İdarəsinə ayaq döydü. Heç bir şəkildə məhkəmə qərarına rəğmən yeni qəbul ediləsi qərarı ala bilmirdi. Nəhayət ona konkret tarixi olmayan və məzmunu ziddiyyətli olan qərar kimi bir sənəd aldı. Bu sənədi bir az əvvəl də verirdilər. Bir aya yaxın müddətdə dəfələrlə getdi ki, imzalı qərar versin. Sonda imza yerində ad soyad yazaraq bu qərarı verdilər (surəti əlavə olunur). Qərarda xx.xx.2023-cü il tarixli məhkəmə qərarının müəyyən etdiyi hallar və qanun pozuntuları nəzərə alınmadan, əsaslandırmadan və birmənalı hadisədə günahlı olduğu sərbəst ifadə edilmişdir. Qeyd olunan normativ sənədlərdən görünür ki, onların tələbləri kobud şəkildə pozulmuşdur. Cumayev barəsində ondan ötrü AR İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edildi ki, o, ara məsafəsi saxlamamışdır, idarə etdiyi avtomobili vurmuşdur. Həmin maddənin dispozisiyasında bir neçə inzibati hüquqpozma tərkibi sadalanmışdır. Ona aid qərardan anlaşılmır ki, 327.1-ci maddə ona necə tədbiq edilib, tərəfindən orada sadalanan hansı pozuntu edilibdir. Cumayev ara məsafəni pozubsa, artıq onun da eyni əməli törətməsi istisna olunur. Onu cərimə ödəməyə məcbur edilməsi onu göstərmişdir ki, əvvəlki (mübahisələndirilmiş və ləğv edilmiş İXP5012905 saylı protokol və onun əsasında barəsində qəbul edilmiş qərar) hələ də elektron informasiya sistemində qalmışdır. Yəni məhkəmə qərarı icra olunmamışdır. İkinci dəfə DYP tərəfindən qəbul edilmiş qərarı qanunsuz hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 tərəfindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq Ə.İsmixanov bildirmişdir ki, hadisənin törənmə səbəbi digər avtomobilin yolun hərəkət hissəsinin ensiz olmasını nəzərə almadan onu sağdan ötmək istəməsi olmuşdur.Lakin onun özü tərəfindən yolun hərəkət hissəsinin sol tərəfi ilə hərəkət etdiyi halda sağ tərəfə doğru hərəkət etməsinin səbəbini izah edə bilməmişdir.Eyni zanmanda bildirmişdir ki, yolun hərəkət hissəsi ensizdir və yalnız bir avtomobil hərəkət edə bilər. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X5 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda qeyd etdiklərini əsaslandırmaq üçün hadisə baş vermiş yerin fotoşəklini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər DYPİ YNH-nin inspektoru, X6 şahid qismində izahat verərək bildirmişdir ki, hadisədən sonra müvafiq sənədləşmələr onun tərəfindən aparmışdır.X1 xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Mercedes Benz V Klasse» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Salamzadə küçəsində hərəkətdə olarkən «X11» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbinə zidd olaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozduğuna görə yol- nəqliyyat hadisəsi törətmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Verilən suala cavab olaraq bildirmişdir ki, araşdırma aparılan zaman Ə.İsmixanov manevr etməsinin səbəbi kimi qeyd etmişdir ki, “avtomobili yeni yuduzdurduğu üçün qarşısına çıxmış gölməçənin yanından keçmək istəmişdir və yolun sağ tərəfinə döğru manevr etmişdir” bundan sonra sözügedən hadisə baş vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə 08:20-də Salamzadə ərazisində “Mercedes Benz V-klasse” minik markalı Az ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, hadisənin baş verdiyi yolun hərəkət hissəsi kifayət qədər enli yoldur və iki avtomobil sərbəst şəkildə eyni vaxtda bərabər hərəkət edə bilər və bu səbəbdən X2 “yolun hərəkət hisəsinin ensiz olması, digər avtomobilin yolun dar olması səbəbindən onu sağdan ötmək istəməsi ilə” bağlı gətirdiyi dəlili məhkəmə inandırıcı və əsaslı hesab etmir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X4 onun barəsində qəbul edilmiş İXP ******* saylı protokol üzrə qəbul edilmiş inzibati qərar üzrə təyin edilmış cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X11” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. “X11” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində qeyd edilmişdir ki, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. Aşağıdakı hallarda geriyə dönmək qadağandır: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2490/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2490/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver