Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2490/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1959-cu il tarixdə Cəlilabad rayonu, Pornaim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 13 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 247/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3072/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7E-9061 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8230/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2012 saylı, xx.xx.2012-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3573/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1960/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-7322/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-2438/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-4902/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-6664/11 saylı, xx.xx.2011-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-2420/2009 saylı, xx.xx.2009-cu il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-1379/2010 saylı, xx.xx.2010-cu il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1244/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2011 saylı, xx.xx.2011-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs tərəfindən icra məmurunun tələbləri yerinə yetirilmir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3072/2016 saylı, xx.xx.2016cı il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7E-9061 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8230/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2012 saylı, xx.xx.2012-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3573/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1960/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-7322/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-2438/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-4902/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-6664/11 saylı, xx.xx.2011-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-2420/2009 saylı, xx.xx.2009-cu il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-1379/2010 saylı, xx.xx.2010-cu il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1244/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2011 saylı, xx.xx.2011-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri icra edilmir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və aldığı pensiyadan başqa, digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarlarına hörmətlə yanaşır, həmin məbləğləri maddi imkanı olmadığı üçün ödəyə bilmir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmişlər, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatətlər verilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2011-ci il tarixli 2(004)-6130/2011 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 12000 (on iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı X7 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2011-ci il tarixli 2(004)-6130/2011 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1244/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat dövlət rüsumu tutularaq iddiaçı X11 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1244/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3200 (üç min iki yüz) ABŞ dolları, 550 (beş yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X14 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 22000 ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manata uyğun olaraq iddiaçı X15 verilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2012-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 15 noyabr 2012-vi il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8230/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat tutularaq iddiaçı X8 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8230/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1379/2010 saylı, 29 aprel 2010cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 11000 (on bir min) ABŞ dolları ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat tutularaq iddiaçı X9 ödənilməlidir. İcraata başlama haqqında 07 yanvar 2012-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2012-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1379/2010 saylı, 29 aprel 2010-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2420/09 saylı, 22 iyul 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 18157.50 manat tutularaq iddiaçı X16 ödənilməlidir. İcraata başlama haqqında 27 may 2010-cu il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2010-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2420/09 saylı, 22 iyul 2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6664/2011 saylı, 14 noyabr 2011-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 11 oktyabr 2007-ci il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış 234 (iki yüz otuz dörd)manat, faiz borcu üzrə 267 (iki yüz altmış yeddi) manat, cəmi 501 (beş yüz bir) manat məbləğində pul vəsaiti həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlama haqqında 12 yanvar 2012-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 12 yanvar 2012-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6664/2011 saylı, 14 noyabr 2011-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4902/2017 saylı, 15 avqust 2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 8000 (səkkiz min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4902/2017 saylı, 15 avqust 2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı X10 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7322/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6000 (altı min) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7322/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3573/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3573/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 saylı, 05 fevral 2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə ziyan 23000 manat təqsirləndirilən şəxs Şəxs tutularaq zərərçəkmiş şəxs Asqhar Razzaqiyə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 saylı, 05 fevral 2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri 29 saylı notariat kontorunun 7E-9061 saylı, 05 oktyabr 2016-cı il tarixli icra qeydinə əsasən Şəxs 2600 (iki min altı yüz) manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 29 saylı notariat kontorunun 7E-9061 saylı, 05 oktyabr 2016-cı il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3072/2016 saylı, 30 iyun 2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6000 (altı min) manat tutularaq iddiaçı X6 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2016-c il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3072/2016 saylı, 30 iyun 2016-cı il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.1969-cu il təvəllüdlüdür. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini və 65 yaşı olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2490/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2490/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver