Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2492/2022 20.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Müdafiəçi: Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 187 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 206-ci maddəsi ilə 20.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 13 may 2022-ci il tarixdə, saat 17:30 radələrində ünvan 1 ünvanının yaxınlığında narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılaraq, müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, Bakı şəhəri, ünvan 2 ünvanda faktiki yaşayır. 22 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanının yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşdular. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdilər. O, bildirdi ki, hazırda üzərində narkotik vasitə olmasada, narkotik vasitə marixuana qəbul etdiyini bildirdi. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldi. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildi və şübhəli şəxs qismində tutuldu. Ona hüquq və vəzifələri izah olundu. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və sol yan cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı hazırda üzərindən narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirsə də 3 ay əvvəl narkotik vasitə marixuana qəbul etdiyini, həmin istifadə etdiyi narkotik vasitə marixuananı Yasamal rayonunda anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını sonuncu dəfə 3 ay əvvəl narkotik vasitə marixuana qəbul etdiyini bildirdi. Şəxsi axtarış zamanı aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarıldı. Aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefonu polis əməkdaşı tərəfindən götürüldü. Bütün göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 2 ünvanda faktiki yaşayan Şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 17:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, tərəflərindən müşayiətləri altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. 13 may 2022-ci il tarixdə şübhəli şəxs Şəxs üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan olunmuş digər əşya və predmetlər aşkar olunmamış, şifahi sorğu zamanı şübhəli şəxs Şəxs hazırda üzərindən narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirsədə, sonuncu dəfə 3 ay əvvəl narkotik vasitə marixuana qəbul etdiyini, həmin istifadə etdiyi narkotik vasitə marixuananı Bakı şəhəri, Yasamal rayonunda anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Onun barəsində qeyd edilən protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16.05.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 14.05.2022ci il tarixli rəyindən gönürür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik və psixotrop maddələrdən istifadə etməsi aşkar edilməmişdir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə iş materiallarında olan Səhiyyə Nazirliyi “Bakı şəhər narkoloji Mərkəzin” 16.05.2022-ci il tarixli müayinə aktından gönürür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik və psixotrop maddələrdən istifadə etməsi aşkar edilməmişdir. Bununla da Şəxs 13.05.2022-ci il tarixdə saxlanıldıqdan sonra aparılmış müayinə nəticəsində həmin tarixdən əvvəl onun narkotik və ya psixotrop maddələr istifadə etməsində təqsirli bilinsə də, yuxarıda qeyd etilən tibbi müayinə sənədlərinə əsasən onun narkotik və ya psixotrop maddələr istifadə etməsi müəyyən edilməmişdir. Belə olduğu təqdirdə İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilsə də, hhəmin maddədə göstərilən hallar öz təsdiqini tapmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2492/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2492/2022
20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver