Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2493/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 23 mart 2024-cü ildə saat 16:40 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 11,8-ci kilometrində idarə etdiyi Toyota Prius (hibrid) minik markalı 90UN763 dövlət qeydiyyat nişanlı avtomobillə yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq yolun sağ zolağına manevr edərək qarşıda sağ zolaqda sürücü X10 tərəfindən dayandırılmış Kia Sportage minik markalı 01CE315 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən həmin avtomobil hərəkətə gələrək qarşıda sürücü X8 tərəfindən dayandırılmış Toyota Prius (hibrid) minik minik markalı 77DA716 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sürücü Şəxs ehtiyatsızlıqdan Kia Sportage minik markalı avtomobilin sürücüsü X2 qısa müddətə pozulmasına səbəb olan burun sümüyünün incə yerdəyişməz xətti sınığı, burnun yumşaq toxumalarının cırılmış, didilmiş yarası, sol baldırın şişkinliyi və qançırı xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına, həmin avtomobildə olan sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan hər iki sağrını əhatə edən hematoması, sağ aşıq-baldır oynağının şişkinliyi və qançırı xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına və Toyota Prius (hibrid) minik markalı 90UN763 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X3 qısa müddətə pozulmasına səbəb olan alının sol yarısının sıyrığı, sağ əlin arxa səthinin və həmin əlin 3-cü barmağının əzilmiş yarası xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına səbəb olmuş və avtomobillər əzilərək sahiblərinə maddi ziyan dəymişdir. X4, X5 və X3 qısa müddətdə pozulmasına səbəb olan sağlamlıqlarına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Tural Mustafayevin xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hadisə təsadüf nəticəsində baş vermişdir. Hazırda zərərçəkmiş şəxslərin heç bir şikayəti yoxdur. Nəqliyyat vasitəsi ilə hərəkət edərkən surət elə də çox olmamışdır, istəməzdir heç vaxt kiməsə xəsarət yetirsin. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək verdiyi etirafedici izahatı, yuxarıda qeyd edilən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2493/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2493/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver