Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2497/2020 02.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PBnin polis sahə inspektoru X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, bağ evi 130K ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 15:05 radələrində Yasamal RPİ-nin 26-cı PB-də polis bölməsinin növbətçi hissəsində xidməti vəzifələrini, yəni ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis nəfərlərinin qanuni tələblərinə tabe olmayıb bölməyə çağırılmasına etiraz əlaməti olaraq səs-küy salmış və sakitliyə riayət etməsi ilə bağlı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin sahə inspektoru X13 izahatında göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nə Şəxs dələduzluq əməlini törətməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur. Şəxs ilə dəfələrlə əlaqə saxlanılaraq polis bölməsinə dəvət edilsə də o, polis bölməsinə gələcəyini bildirib, lakin gəlməyərək təhqiqatdan yayındığından izahatının alınması mümkün olmamışdır. İcraatında olan araşdırma materialı üzrə bölmənin təhqiqatçısı İlqar Səfərov tərəfindən əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığının icrası qaydasında Şəxs olduğu yer müəyyənləşdirilib bölməyə gətirilmişdir. Polis bölməsində olarkən Şəxs səs-küy salaraq növbətçi hissənin iş rejimini pozmuşdur. O, növbətçi hissənin əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsa da, buna əməl etmədiyindən barəsində akt tərtib olunmuşdur.S.R.Əliyev həmçinin izahatında göstərilənlər nəzərə alınmaqla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində dələduzluq faktı üzrə bölməyə şikayət edən şəxs onun əvvəl işlədiyi restoranın sahibi olmuşdur. 2018-ci ildən 2019-cu ilin sentyabr ayınadək işlədiyi dövr ərzində restoranın ərzaq təchizatı onun səlahiyyətində olmuşdur. İşlədiyi dövr ərzində o, heç bir pul vəsaitini mənimsəməmiş, Yasamal RPİ-nin 26-cı PB-nə daxil olan ərizədə adları qeyd edilən şəxsləri isə ümumiyyətlə tanımamışdır. Barəsində verilmiş ərizədə qeyd olunanlarla tanış olduqdan sonra bərk əsəbləşib etiraz etmişdir. Şəxs onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, polis bölməsində olarkən heç bir səs-küy salmamış, növbətçi hissənin əməkdaşlarının fəaliyyətinə mane olan hərəkətlərə yol verməmişdir. Şəxs göstərilənləri nəzərə alınaraq onun əməlində hər hansı bir xəta tərkibi olmadığından barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 hüquqlarını müdafiə etdiyi Şəxs tərəfindən heç bir inzibati xətaya yol verilmədiyini, onun barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı X5 izahatında göstərdi ki, vətəndaş X12 və X2 nümayəndəsi X1 RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Təam” restoranının təchizatçısı kimi işləyən zaman Şəxs adlı şəxs 2018-ci ildən 2019-cu ilin sentyabr ayınadək onun etibardan sui-istifadə etməklə restorana verdiyi ərzaq mallarının qiymətini bilərəkdən artıq göstərməklə 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona ziyan vurmuşdur. Bundan əlavə Şəxs mal almaq məqsədilə 5.500 (beş min beş yüz) manat pul vəsaitini kassadan götürmüş, lakin hazıradək həmin vəsait hesabına heç bir məhsul almayaraq həmin pul vəsaitini də ələ keçirmişdir. Aparılmış təhqiqat zamanı izahatı alınması zəruri olan Şəxs ilə dəfələrlə əlaqə saxlanılaraq polis bölməsinə dəvət edilsə də o, polis bölməsinə gələcəyini bildirib, lakin gəlməyərək təhqiqatdan yayındığından onun izahatının alınması mümkün olmamışdır. Buna görə görə o, əməliyyat tapşırığı vermiş və həmin tapşırığın icrası ilə bağlı Şəxs Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Polis bölməsində olarkən Şəxs səs-küy salaraq növbətçi hissənin iş rejimini pozmuş və bölməyə gətirilməsinə etiraz etmişdir. Növbətçi hissənin əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsa da, buna əməl etmədiyindən barəsində akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 26-cı PB-nin baş əməliyyat müvəkkili X15 analoji izahat verərək X3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin sahə inspektoru X13 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs protokol üzrə izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Yasamal RPİ 26-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili C.Babayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 15:05 radələrində Şəxs polis bölməsində səs-küy salaraq növbətçi hissənin iş fəaliyyətini pozaraq polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 001897 nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən həmin tarixdə saat 15:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:05 radələrində Şəxs Yasamal RPİ-nin 26-cı PB-də polis bölməsində olarkən səs-küy salaraq Növbətçi Hissənin iş fəaliyyətini pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd edilən inzibati xətanın törədilməməsinə dair göstərilən xüsusatlar özünü müdafiə xarakterli məlumat kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin İXM-nin 31.4-1-ci maddəyə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə X6 məhkəmədə iştirak etdiyi 10 (on)iş saatına görə 60 (altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-də olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : ŞəxsAzərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə vəkilX6 məhkəmədə iştirak etdiyi 10 (on)iş saatına görə 60 (altımış) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********) olan hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2497/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2497/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver