Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-25/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Şikayətçi "xxxx" QSC-nin direktoru Asif Muhammed tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin direktoru Muhammed Asif onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından Şəki Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin həmin şikayət Şəki Rayon Məhkəməsinin 3(075)-1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Şəki Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığı yaranır. Belə ki, Şəki Rayon Məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən inzibati xətanın Bakı şəhəri, Yasamal rayonu ərazisində törədilməsi müəyyən edildiyindən inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, "xxxx" QSC-nin direktoru Muhammed Asif Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə yəni, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə təqsirli bilinmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, həmin inzibati xətanın törədildiyi yer "xxxx" QSC-nin hüququ ünvanıdır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə Sistemi” portalından çıxarılmış vergi ödəyicisi məlumatları barədə çıxarışdan görünür ki, "xxxx" QSC-nin hüququ ünvanı Şəki şəhəri, Qoxmuq kəndidir. Şəki Rayon Məhkəməsinin qərarındakı yuxarıda qeyd edilən həmin mövqeylə bağlı fikir ayrılığı yaranır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Beləliklə yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Şəki Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə bağlı fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi üçün xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC-nin direktoru Muhammed Asifin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə Şəki Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-25/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-25/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver