Məhkəmə qərarları › İş №3(004)-2506/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2506/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2506/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22.05.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən vət. X2 məxsus avtoyuma məntəqəsində çirkab suların axıdılması üçün yerin üzərində olan dəmir setkanı oğurlayıb, R.Məmmədova ümumilikdə 350 manat məbləğdə maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Həmçinin o, 22 may 2022-ci il tarixdə oğurluqda şübhəli bilindiyi üçün Yasamal RPİ 29-cu PB-nin sahə inspektoru, polis kapitanı Ramin İbadov tərəfindən saxlanılmış və oğurluq hadisəsi ilə əlaqədar izahat alınması üçün polis bölməsinə dəvət olunmuş, lakin o müqavimət göstərərək qaçmağa cəhd etmiş, polis əməkdaşları onu saxlayaraq qanuna riayət etməsini bildirsədə, həmin şəxs polislərin tələblərinə əməl etməmiş, hadisə yerinə ÇPA əməkdaşları çağırılmış və onların köməyi ilə bölməyə gətirilmişdir. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 23.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətdiyini, 02 ilə yaxındır ki, narkotik maddədən istifadə etdiyini, oğurladığı əşyaları satıb yemək və narkotik vasitə aldığını, ona görə xırda oğurluqlar etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, ünvan 2 ünvanında yerləşən avtoyuyucu məntəqəsini işlədir. 22.05.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində avtoyuyucu məntəqəsinin qarşısına yaxınlaşıb görmüşdür ki, məntəqənin qarşısına yerə qoyulmuş, çirkli suyun süzülərək axıdılması üçün nəzərdə tutulmuş, dəyəri 300-350 manat olan dəmir naməluma şəraitdə oğurlanmışdır. Bundan sonra polisə şikayət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Təqsirləndirilən şəxsin ağır formada cəzalandırılmasını xahiş edir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Ramin İbadov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməlləri törətmişdir. Onun barəsində İXM-in 227-ci maddəsinə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Həmçinin o, 22 may 2022-ci il tarixdə oğurluqda şübhəli bilindiyi üçün Yasamal RPİ 29-cu PB-nin sahə inspektoru, polis kapitanı Ramin İbadov tərəfindən saxlanılmış və oğurluq hadisəsi ilə əlaqədar izahat alınması üçün polis bölməsinə dəvət olunmuş, lakin o müqavimət göstərərək qaçmağa cəhd etmiş, polis əməkdaşları onu saxlayaraq qanuna riayət etməsini bildirsədə, həmin şəxs polislərin tələblərinə əməl etməmiş, hadisə yerinə ÇPA əməkdaşları çağırılmış və onların köməyi ilə bölməyə gətirilmişdir. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Elnur Məmmədovun 22.05.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətaları törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Ramin İbadovun tərtib etdiyi 22.05.2022-ci il tarixli Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 22.05.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 11:10 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 01 ay (bir ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 22.05.2022-ci il tarixindən, saat 11:10 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar