Məhkəmə qərarları › İş №3(004)-2506/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2506/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2506/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin mülkiyyətində olan “Mercedes” markalı **-JB-*** nömrəli avtomobildə müvafiq icra hakimiyyətinin razılığı olmadan reklam yerləşdirilməsi qaydası pozulmuş və icazə alınmadan reklam yerləşdirilmiş və yayılmışdır. Bununla da o, İXM-in 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Rəşad Hüseynov məhkəmə iclasında bildirdi ki, MERSEDES BENZ 906 xüsusi təyinatlı marka modelli, tipi furqon təcili yardım olan **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hüquqi ünvanı ünvan 3nin mülkiyyətində olmaqla təcili tibbi yardım maşını (ambulans) kimi fəaliyyət göstərir. Nəqliyyat vasitəsi xx.xx.2020 ci il tarixdə X4 İdarəsində mülkiyyətləri kimi qeydiyyatdan keçməklə nəqliyyat vasitəsinə dair AD N 761615 saylı qeydiyyat şəhadətnaməsi verilmiş, qeydiyyat şəhadətnaməsinin marka model qrafasında nəqliyyat vasitəsinin xüsusi təyinatlı olması, tipi qrafasında isə seçilmə əlamətlərini bir daha özündə əks etdirən təcili yardım sözləri yazılmışdır. xx.xx.2023 cü il tarixdə adı çəkilən nəqliyyat vasitəsini idarə edən sürücü Rəşad Səbziyev tibb bacısı ilə birgə X2 və Bakı Sağlamlıq Mərkəzinin qan bankından trombosit əldə etmək məqsədilə Bakı şəhəri Yasamal rayonunun ərazisində hərəkətdə olan zaman Yasamal rayon Polis idarəsinin X5 Şöbəsinin əməkdaşı nəqliyyat vasitəsinin sənədlərini sürücüdən alaraq nəqliyyat vasitəsini duracaga yerləşdirərək sürücüyə bildirmişdir ki, nəqliyyat vasitəsinin üzərində təmsil etdiyi tibb müəssisəsinin adı yazıldığına gorə nəqliyyat vasitəsinin üzərində reklam fəaliyyəti həyata keçirilmişdir. Əvvəla bildirir ki, əvvəldə qeyd etdiyi kimi adı çəkilən nəqliyyat vasitəsinin təyinatından göründüyü kimi tibb müəssisəsinin balansında olmaqla təcili tibbi xidməti həyata keçirir və nəqliyyat vasitəsinin üzərində sadəcə onun məxsus olduğu tibb müəssisəsinin adı qeyd olunmuşdur ki, bu da nəqliyyat vasitəsinin mənsubiyyətini bildirir və hara aid olduğunu göstərir. Lakin onlara qarşı qərəzli mövqedə dayanan Yasamal rayon DYPŞ tərəflərindən Azərbaycan Respublikası İXM nin 428.5-ci maddəsinin tələblərinin pozulmasını qeyd etməklə əsassız olaraq barələrində sadəcə nömrəsini onlara məlumat üçün Yasamal rayon Polis İdarəsinin ünvanlamış olduğu məktubun üzərində görmüş olduqları protokolu tərtib etmişdir. Nəqliyyat vasitəsi duracaga yerləşdirildikdən sonra sürücü və tibb bacısı taksiyə oturaraq müəssisənin yerləşdiyi ünvana gələrək bununla baglı rəhbərliyi məlumatlandırmış, lakin səhəri gün müəssisənin nümayəndəsi nəqliyyat vasitəsini duracaqdan götürmək məqsədilə DYPŞ-nə gedərkən nəqliyyat vasitəsinin üzərinə yapışdırılmış adı nəqliyyat vasitəsinin üzərindən silindikdən sonra akt tərtib olunaraq nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. Bundan sonra DYPŞ-nin əməkdaşı nə sürücünün, nə də ki, müəssisə nümayəndəsinin heç bir iştirakı olmadan, heç bir araşdırma aparılmadan barələrində əsassız olaraq maddi və prosessual tələblərin pozulması ilə nəticələnən protokol tərtib etmişdir. Həmin protokolu göstərilən səbəblərə görə tamamilə qanunsuz və əsassız hesab edir ki, bu səbəbdən də hazırki barələrində icraatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5 ci maddəsinin tələbilə aparılan inzibati xətanın törədilməsilə əlaqədar işin icraatına əsas olmadığı üçün həmin işə xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 428.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli ”avtonəqliyyat saxlanılma aktı” ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar