Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2509/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1965-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 aprel 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, **-EZ-*** dövlət nömrə nişanlı “Mercedes Benz C200” markalı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində təxminən 40-45 km/s sürətlə Yasamal rayonu, Bakı şəhər DYPİ-si istiqamətindən M.Müşfiq küçəsi ilə sağ zolaq ilə hərəkətdə olarkən, M.Müşfiq küçəsi 2a saylı ünvanın qarşısından qaçaraq yolu soldan sağa keçən qadın piyadanı təxminən 15 metr məsafədən görərək onun dayanmayacağını və avtomobilin üzərinə qaçdığını görüb dərhal əyləcə basaraq avtomobili sağa çəkib tam saxlasada həmin piyada avtomobilinin ön hissəsinə toxunaraq asfalt örtüyünün üzərinə yıxılmışdır. O, avtomobildən enərək piyadadan ehtiyatlı olmasını bildirərək hər hansı xəsarətinin olub olmamasını soruşmuşdur. Piyada ona bildirmişdir ki, heç bir şikayəti və xəsarəti yoxdur, “Radius” təkər satılan yerin yaxınlığında restorana şənliyə getməlidir və oranı tapa bilmir. O, həmin piyadanı restorana aparıb düşürmüş əlaqə nömrəsini və anket məlumatlarını ona təqdim etmiş və hər hansı narahatçılığı olarsa ağrısı olarsa onunla əlaqə saxlamasını xahiş etmişdir. Təxminən 3 saatdan sonra həmin şəxslə əlaqə saxlamış və ağrısının olub olmamasını həkimə ehtiyacı olub olmadığını soruşmuşdur. O şənlikdə olduğunu heç bir narahatçılığının olmadığını bildirmişdir. Piyadanı oradan evinə aparmağı təklif etsədə etiraz edərək başqa adam aparacağını bildirmişdir. Səhəri gün saat 11:00 radələrində piyada onunla əlaqə saxlayaraq ağrıdığı üçün həkimə getmək istədiyini demiş, o piyadanı yaşadığı ünvandan götürərək xəstəxanaya aparmışdır. Orada həkim müayinəsində keçmiş və rentgen olunmuş və orada heç bir xəsarətinin olmadığını bildirmişdirlər. Piyadaya dizlik və maz yazılaraq evə buraxmışdırlar. O, həmin tibbi ləvazimat və dərmanı aptekdən alıb Şəlalə xanıma təqdim etmişdir. Bundan 4-5 gün sonra Şəlalə Xaspoladova onunla əlaqə saxlayıb işə çıxa bilmədiyi üçün ödənişləri olduğunu bildirib ondan 200 manat istəmiş, o, 200 manata gücü çatmadığını bildirərək 100 manat göndərmişdir. O yenidən əlaqə saxlayıb 100 manatda tələb etmiş, imkanı olmadığından həmin gün göndərə bilmədiyindən, 2 gün sonra 100 manatda sonuncunun kart hesabına göndərmişdir. Pulu alandan qısa müddət sonra yenidən 200 manatda tələb etmiş, o, imkanının olmadığını bildirmiş və təklif etmişdir ki, onu yenidən xəstəxanaya aparsın, lakin sonuncu etiraz edərək xx.xx.2023-ci il saat 14:00-dək 200 manatı göndərməsini tələb etmişdir. O, bazar günü görüşərək ona köməklik edə biləcəyini desədə, Ş.Xaspoladova sms-lə əlavə 1500 manat verməsə onu polisə verəcəyini demişdir. Yekun olaraq təqsiri olmadığından inzibti xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Şəxsnın hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan məsuliyyət yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zamanı zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olduqda yaranır. Beləliklə, tərəfimdən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, toplanmış materialda və Şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, vətəndaş X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasına dair toplanmış materialda və “MercedesBenz C200” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, “MercedesBenz C200” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2023-cü il tarixdə saat 18:45 radələrində “Mercedes Benz” (minik) markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 44 nömrəli rəyinə əsasən vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarət-diz oynağının əzilməsi küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirən halı və ağırlaşdıran halların olamamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2509/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2509/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver