Məhkəmə qərarları › İş №3(004)-2514/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2514/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2514/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1991-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334-1.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində **- ES-*** d.q.n. avtomobil ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman avtomobildə konstruktiv dəyişikliklərin olduğu aşkar edilmişdir. Sürücüyə qayda pozuntusu izah edilərkən o özünü qeyri-adekvat aparmağa başlamışdır, daha sonra onun sürücülük hüququnun da olmadığı məlum olmuşdur və nəqliyyat vasitəsininin duracağa təmin edilməli olduğu bildirilmişdir, o bu zaman qəfil cibindən kəsici alət çıxararaq qolunu doğrayacağını bildirmiş və avtomobili burxamalarını tələb etmişdir. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsə də, o buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Daha sonra qoluna zərər yetirmiş, polis əməkdaşları müdaxilə edərək onun əlindən kəsici aləti almışdırlar. Polis əməkdaşları bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu xidməti maşınlarına otuzdurmag istəmişlər, o isə tabe olmayaraq qaçmağa çalışmışdır. Buna görə də polis əməkdaşları çevik naryadın köməkliyi ilə onu polis bölməsinə gətirmişlər, bölmədə onun özünü adekvat aparmasından şübhələndikləri üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 206, 334-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də o, bir neçə gün əvvəl Yasamal rayonu ərazisində narkotik vasitə istifadə etmişdir. Həmçinin yol hərəkəti qaydasını da pozmuşdur, polislərin qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Hadisə zamanı özü də bilmir niyə elə özünü aparmışdır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində **-ES-*** d.q.n. avtomobil ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman avtomobildə konstruktiv dəyişikliklərin olduğu aşkar edilmişdir. Sürücüyə qayda pozuntusu izah edilərkən o özünü qeyri-adekvat aparmağa başlamışdır, daha sonra onun sürücülük hüququnun da olmadığı məlum olmuşdur və nəqliyyat vasitəsininin duracağa təmin edilməli olduğu bildirilmişdir, o bu zaman qəfil cibindən kəsici alət çıxararaq qolunu doğrayacağını bildirmiş və avtomobili burxamalarını tələb etmişdir. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsə də, o buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Daha sonra qoluna zərər yetirmiş, polis əməkdaşları müdaxilə edərək onun əlindən kəsici aləti almışdırlar. Polis əməkdaşları bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu xidməti maşınlarına otuzdurmag istəmişlər, o isə tabe olmayaraq qaçmağa çalışmışdır. Buna görə də polis əməkdaşları digər polislərin köməkliyi ilə onu polis bölməsinə gətirmişlər, bölmədə onun özünü adekvat aparmasından şübhələndikləri üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ-nin inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs barəsində İXM-in 334-1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində A.Abbasov küçəsində şəxs qayda pozuntusu törətdiyinə görə saxlanılışdır, hadisə vaxtı Şəxs özündə deyildi, ona görə də o narkoloji müayinəyə cəlb edilmişdir. Həkim müayinəsindən də məlum oldu ki, narkotik vasitənin təsiri altında olub nəqliyyat vasitəsini idarə edərkən. Təqdim olunan videoda aydın şəkildə görünür ki, şəxs əvvəl özünə xəsarətlər yetirir, sonra isə polis əməkdaşına hücum edir, sonda hətta lezviyanı udmaq istəmişdir. Polis əməkdaşlarının köməyi ilə hadisənin qabağı alınmışdır. Həmçinin qeyd edir ki, Şəxs onun özünə də xəsarət yetirmiş, əlini kəsmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 1/446 saylı aktından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:00-da edilən müayinə zamanı Şəxs AMF, MET, OPİ qrupuna aid narkotik vasitələrdən istifadə etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan Yasamal RPİ YPX inspektorları Z.Qiyasov və H.Bayramovun imzaladığı xx.xx.2024-cü il tarixli raportu ilə, xx.xx.2024-cü il tarixli, 1/446 saylı aktla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 00:58 radələrində tutulmuşdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334-1.1 və 535.1ci maddələri ilə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 00:58 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar