Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2518/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 İXM-in 327.1-ci maddəsi ilə barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən şikayət məhkəməyə daxil olmuşdur. X2 məhkəməyə ərizə ünvanlayaraq, şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2518/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2518/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver