Məhkəmə qərarları › İş №3(004)-252/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-252/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-252/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-0969/21 nömrəli 28 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 27.12.2021-ci il tarixli 34/012/005125 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir kı, 22 12 2021-ci il tarixdə sifarişçi "xxxx" MMC-nın ünvanına göndərilən dəmirdən və ya aşkarlanmamış poladdan və ya digər örtüklü yastı prokat: sinklənmiş vərəqi rulonlar ilə yüklü olan nəqliyyat vasitəsi ilə gələn yük “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. "xxxx" MMC tərəfindən qətiriliən malların gömrük ərazisinə gətırilməzdən əvvəl mallar barəsındə elektron formada verilməli olan qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsi, eləcə də MMC tərəfindən təqdim edilmiş **********0805 saylı gömrük bəyannaməsinin 40-cı grafasında gısa idxal bəyannaməsinin vaxtında verilməməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyqun olaraq mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Bununla da, gömrük qanunvericiliyinə əsasən "xxxx" MMC tərəfindən gətirilən malların gömrük ərazisinə gətirməzdən əvvəl verilməli olan qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Nəticədə "xxxx" MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13000-0969/21 nömrəli 28 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 27.12.2021-ci il tarixli 34/012/005125 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir kı, 22 12 2021-ci il tarixdə sifarişçi "xxxx" MMC-nın ünvanına göndərilən dəmirdən və ya aşkarlanmamış poladdan və ya digər örtüklü yastı prokat: sinklənmiş vərəqi rulonlar ilə yüklü olan nəqliyyat vasitəsi ilə gələn yük “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. "xxxx" MMC tərəfindən qətiriliən malların gömrük ərazisinə gətırilməzdən əvvəl mallar barəsındə elektron formada verilməli olan qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsi, eləcə də MMC tərəfindən təqdim edilmiş **********0805 saylı gömrük bəyannaməsinin 40-cı grafasında gısa idxal bəyannaməsinin vaxtında verilməməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyqun olaraq mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Bununla da, gömrük qanunvericiliyinə əsasən "xxxx" MMC tərəfindən gətirilən malların gömrük ərazisinə gətirməzdən əvvəl verilməli olan qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Baş İdarənin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Xudadanova Günel tərəfindən verilmiş raportdan görünür ki, 22.12.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ünvanına göndərilən yük 53536793 nömrəli vaqonla “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına vaxtında təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, "xxxx" MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına vaxtında təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin təqdim edilməməsi MMC tərəfindən təqdim edilmiş **********0805 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 27.12.2021-ci il tarixli 34/012/005125 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir kı, 22 12 2021-ci il tarixdə sifarişçi "xxxx" MMCnın ünvanına göndərilən dəmirdən və ya aşkarlanmamış poladdan və ya digər örtüklü yastı prokat: sinklənmiş vərəqi rulonlar ilə yüklü olan nəqliyyat vasitəsi ilə gələn yük “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. "xxxx" MMC tərəfindən qətiriliən malların gömrük ərazisinə gətırilməzdən əvvəl mallar barəsındə elektron formada verilməli olan qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsi, eləcə də MMC tərəfindən təqdim edilmiş **********0805 saylı gömrük bəyannaməsinin 40-cı grafasında gısa idxal bəyannaməsinin vaxtında verilməməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyqun olaraq mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Bununla da, gömrük qanunvericiliyinə əsasən "xxxx" MMC tərəfindən gətirilən malların gömrük ərazisinə gətirməzdən əvvəl verilməli olan qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar