Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2524/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin "xxxx" MMC- nin direktoru olaraq barəsində qəbul etdiyi 04 oktyabr 2021-ci il tarixli, **********4/21 saylı "İnzibatı xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərarının ləğv edilməsini və həmin Xidmətin Bakı şəhər İdarəsi tərəfindən barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 ilə “Universal Poliqraf' MMC arasında bağlanmış 09 mart 2021-cı il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən V.Q.Mustafayevə onun peşəkarlıq səviyyəsinin, eləcə də onun müvafiq əmək funksiyalarını icra etmək bacarığının yoxlanılması məqsədi ilə 3 (üç) ay sınaq müddəti təyin edilməklə, istehsalat şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. V.Mustafayevlə bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinin tələblərinə tam əməl edilmişdir. V.Mustafayev ona təyin edilən sınaq müddəti başa çatan vaxta özünü doğrultmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Vüqar Mustafayevlə 3 ay sınaq müddəti təyin edilməklə 09.03.2021-ci il tarixində əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərkən işçinin işə başladığı gün həmin müqavilənin 2.4-cü bəndinə əsasən 10.03.2021-ci il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yeni redaksiyada qəbul olunmuş 49-cu maddəsinin tələbinə görə əmək müqaviləsi onun bağlandığı gün deyil, bu müqavilə üzrə bildiririn elektron informasiya sisteminə daxil edildikdən və bu barədə işəgötürənə məlumat daxil olduqdan sonra hüquqi qüvvəyə minir. 09.03.2021-ci il tarixində bağlanmış əmək müqaviləsi gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə 09.03.2021-ci il tarixində, saat 17.41.44-də daxil edilmişdir. İşin mübahisəsiz halıdır ki, işçi ilə əmək müqaviləsinin bağlanması 09.03.2021-ci il tarixində rəsmiləşdirilməsınə baxmayaraq onunla bağlanmış əmək müqaviləsi həmin gün yəni sözügedən müqavilənin rəsmiləşdirildiyi deyil, 10.03.2021-ci il tarixində hüquqi qüvvəyə minmişdir. İşçi əmək funksiyalarının icrasına onunla bağlanmış əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi gündən, yəni 10.03.2021-cı ıl tarixində başlamalı olduğu V.Mustafayevlə bağlanmış 09.03.2021- ci il tarixli əmək müqaviləsinin 2.4-cü bəndində də öz əksini tapmışdır. Məhkəmə iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X6 şikayəti müdafiə edərək, bildirmişdir ki, V.Mustafayevin sınaq müddətində istehsalat sahəsinə rəhbərlik etmək bacarıqlarının olmadığı və MMC-nin kommersiya prinsiplərinə uyğun davranmadığı müvafiq qaydada rəsmiləşdirilmiş, onunla müddətsiz əmək müqaviləsinin bağlanmayacağı rəsmi şəkildə bildirilərək, 3 gün qabaqcadan yazılı xəbərdarlıq verilmişdir. “Universal Poliqraf’ MMC 08 iyul 2021-ci il tarixədək fəaliyyət göstərdiyi Maqsud Əlibəyli küçəsi 52 ünvanından ünvan 1rasında V.Mustafayevlə bağlı aktlar və məktublar da olduğundan müvafiq təsdiqedici sənədləri Əmək Müfəttişliyinə təqdim etmək mümkün olmamışdır. Sənədlərin itməsi barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Polis İdarəsinə məlumat verilmiş, mətbuatda elan yerləşdirilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin "xxxx" MMC-nin direktoru barəsində qəbul etdiyi 04 oktyabr 2021-ci il tarixli, **********4/21 saylı "İnzibatı xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərarının ləğv edilməsinə və həmin Xidmətin Bakı şəhər İdarəsi tərəfindən barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X6 bildirdi ki, X4 Xidməti iş üzrə araşdırmanı tam şəkildə aparmayıb, qərar qəbul edilərkən zəruri olan vacib halları o, cümlədən MMC tərəfindən Vüqar Mustafayevə onunla baqlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl ona xəbərdarlığın edildiyini təsdiq edən sənədlər nəzərə alınmayıb və iş üzrə mövcud olan şahidlərin izahatları alınmamışdır. Bu isə öz növbəsində qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X7, qərarın əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ələkbər Şükürlü, Əli Hümbətov, Ağa Ağayev və Toğrul Həsənli bildirmişlər ki, onlar hazırda "xxxx" MMC-də işləyirlər və vaxtı ilə Vüqar Mustafayevlə bir yerdə həmin MMC-də işləmişlər. Vüqar Mustafayevə işəgötürən tərəfindən sınaq müddəti qurtaranadək rəsmi qaydada xəbərdalığın edilməsi barədə məlumatlıdırlar, X4 Xidməti tərəfindən onların izahatları alınmamışdır və əgər müvafiq araşdırma tam şəkildə həyata keçirilmış olsaydı onlar qeyd edilən halları təsdiq edə bilərdilər. Belə ki, Vüqar Mustafayevə sınaq müddəti qurtaranadək yəni 3 gün qabaqcadan bu barədə yazılı xəbərdarlıq edilmişdir. Lakin həmin sənədlər yəni, V.Mustafayevlə bağlı aktlar və məktublar müəssisə bir ünvandan digər ünvana köçən zaman itirilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, araşdırma aparan qurum tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən, əvvəl məlum olmayan yeni hallar (sənədlərin tədqiqi, şahidlərin ifadələri və s.) ətraflı araşdırılmalı və onun nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 04 oktyabr 2021-ci il tarixli, **********4/21 saylı "İnzibatı xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2524/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2524/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver