Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2525/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X5 iclas katibliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında vətəndaş X2 etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerindən 300 manat dəyərində pul və 25 manat dəyərində qol saatını oğurlamışdır. Bununla da o, həmin zərərçəkmiş şəxsə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Həmin inzibati icraat “cinayət işinin başlanmasının rədd edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərar əsasında başlanılmışdır. İnzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilib, məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokolda göstərilən inzibati xətanı törətməsini etiraf edərək, bildirdi ki, maddi ehtiyacı ucbatından oğurluq edib. Bununla da protokolda göstərilən əməli törətmiş, vətəndaşa maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir, ödəməyə imkanı yoxdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Həsən Abdullayev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında vətəndaş X2 etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerindən 300 manat dəyərində pul və 25 manat dəyərində qol saatını oğurlamışdır. Bununla da o, X3 qeyd edilən məbləğdə maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 15 may 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında vətəndaş X2 etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerindən 300 manat dəyərində pul və 25 manat dəyərində qol saatını oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş, Şəxs barəsində inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X4 15 may 2024-cü il tarixdə, saat 16:10-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Şəxsin təqsirli bilindiyi hazırkı inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyil. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati icraatın başlanılmasına əsas olan “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərarın qəbul edildiyi gündən hesablanmaqla hazırkı vaxtda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 aylıq müddət bitdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53, 105, 106, 109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2525/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2525/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver