Məhkəmə qərarları › İş №3(004)-2528/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2528/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2528/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X6 iclas katibliyi ilə, X1 AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 30 senyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra “Müfəttişlik”) tərəfindən **********2 saylı məktub ünvanlanmışdır. Həmin məktubla “Azərpambıq ASK" MMC barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar göndərilmişdir. X3 tərəfindən verilmiş şikayətə baxılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 192.4-cü maddəsinin pozulduğu göstərilmiş, X5 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi qeyd edilmiş, 1000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Müfəttişliyin 30 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassızdır və həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir: İnzibati tənbeh vermə haqqında qərarda X5 əmək və əməzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi qeyd edilmiş, halbuki X3nun əmək müqaviləsinə xitam verilərkən əmək və məzuniyyət haqları tam olaraq hesablanıb ödənilmişdir (Təsdiqedici sənəd əlavə olunur). Xüsusilə qeyd etmək istəyir ki, X3 işəmuzd olaraq Cəmiyyətimizdə işləmiş və qanunvericiliyə uyğun olaraq da işlədiyi aylara görə bağlanılmış 17.03.2020-ci il tarixli, 008/20 saylı əmək müqaviləsinə əsasən əmək haqqı ödənilmişdir. Bu barədə təsdiqedici sənədlər verilmiş sorğu məktubu üzrə cavab məktubuna əlavə edilərək Müfəttişliyə təqdim edilmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə 30 sentyabr 2021-ci il tarixli, MN№ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi məhkəmə iclasına gəlməmiş, AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsi isə nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X7 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən “Azərpambıq ASK" MMC-nin direktoru kimi X7 tərəfindən X5 əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 140 və 165-ci maddələrinin tələbləri pozulmuşdur. Bu barədə 20.09.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar