Məhkəmə qərarları › İş №3(004)-2531/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2531/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2531/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin səlahiyyətli nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X19 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nın icraçı direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nın icraçı direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2019-cu il tarixli 895 nömrəli Fərmanının icra edilməsilə bağlı Talassemiya Mərkəzi və B.A.Eyvazov ad. Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə prosesinin həyata keçirilməsi məqsədi ilə hər iki tibb müəssisəsinin işçilərinin əmək müqavilələrinə xitam verilərək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra TƏBİB) tərəfindən qəbul edilmiş müvafiq Qərarı əsasında təsdiq edilmiş yeni yaranmış Milli Hematologiya və Transfuziologiya Mərkəzinin struktur və ştat cədvəlinə əsasən işə yenidən qəbul edilmələrinin həyata keçirilməsi zərurəti yaranmış və həmin proses mərhələli şəkildə icra edilmişdir. Mərkəzin bütün işçi heyətinə tətbiq edildiyi kimi X8 dair həyata keçirilmişdir. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən X9 ilə keçmiş B.A.Eyvazov ad. Hematologiya və Transfuziologiya İnstitut arasında bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixindən xitam verilsə də həmin tarixdən yeni Mərkəzin mövcud ştatı üzrə mühasib vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi onunla yeni əmək müqaviləsi imzalanmışdır. X1 əmək müqaviləsinə xitam verilsə də onunla həmin gün yeni əmək müqaviləsi imzalanmış və yeni yaranmış Mərkəzdə iş fəaliyyətini davam etdirdiyi səbəbindən əmək kitabçası ona təhvil verilməyərək Mərkəzin İnsan resurslarının idarəedilməsi şöbəsində saxlanılmışdır. Son haqq hesaba gəldikdə isə həmin gün işçinin sonuncu iş günü olmadığından ümümi əmək haqqı ödənilən gün son haqq hesab ödənilmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərini rəhbər tutaraq əmək müfəttişi tərəfindən qəbul edilmiş qərara əsasən son haqq hesab gecikdirildiyinə görə cərimə protokolu tərtib edilmişdirsə o zaman əmək kitabçası və əmək müqaviləsinə xitam verilmə əmrinin bir nüsxəsi ilə birlikdə X6 verilməsi də təmin edilməli idi. Əks təqdirdə protokolda bu da öz əksin tapmalı idi. Əmək Məcəlləsinin tələblərinə əsasən işçiyə son iş günü son haqq hesab, əmək kitabçası və əmək müqaviləsinə xitam verilmə əmrinin bir nüsxəsi də verilməli idi. Lakin, X3 əmək müqaviləsinə xitam verildiyi gün (03.05.2021) Mərkəzdə yeni əmək müqaviləsi imzalanmişdır (03.05.2021) bu da məntiqlə işçinin son iş günü hesa edilmədiyi səbəbindən son haqq hesabın verilməsinin protokolda qeyd edildiyi kimi 27.05.2021-ci il tarixində ödənilməsində hər hansı bir qanun pozuntusu olmamışdır. Məhkəmə iclasında “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin səlahiyyətli nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X17 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 09 avqust 2021-ci il tarixli, MN ******* tarixli tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X10 müfəttişliyə müraciət edərək, ona işdən çıxarıldığı gün son haqq hesabın ödənilmədiyini bildirmişdir. Araşdırma zamanı X4 müraciətinin əsaslı olması sübuta yetirildiyindən “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nın icraçı direktoru X7 barəsində 09 avqust 2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən X7 tərəfindən X8 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nın icraçı direktoru X7 tərəfindən X5 əmək müqaviləsinə 03.05.2021-ci il tarixində xitam verilmişdir, son haqq hesab isə 27.05.2021-ci il tarixində ödənilmişdir. Belə ki, məhkəmə prosesi zamanı “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin səlahiyyətli nümayəndəsinə İlhamə Cavadovaya işdən çıxarıldığı gün son haqq hesabın ödənilməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi təklif edilsə də, bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nın icraçı direktoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nın icraçı direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar