Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2537/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, "xxxx" MMC-in rəhbəri X1 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-in rəhbəri X1 tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 16 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunsa da, o, təyin olunan məhkəmə iclasında iştirak etməmiş və təqdimatı müdafiə etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini özündə əks etdirir. Protokola əlavə edilmiş və məhkəməyə təqdim edilmiş sənədlərdən icra sənədi üzrə ümumiyyətlə borclu hüquqi şəxsin rəsmi ünvanı, hüquqi şəxsin dövlət qeydiyyatı barədə Vergilər Nazirliyindən müvafiq arayış əlavə edilməmiş, hüquqi şəxsin rəhbəri (təmsilçisi), nümayəndəsinin izahatı alınmamışdır. İXM-in 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda əks etdiriləsi məlumatlar və protokola aid tələblər sadalanmışdır. Lakin hazırkı inzibati xəta haqqında protokolda əks etdirilməsi vacib olan aşağıdakı məlumatlar göstərilməmiş və tələblərə əməl edilməmişdir: - İXM-in 100.1.3-cü maddəsi üzrə inzibati xəta törətmiş hüquqi şəxsin hüquqi ünvanı və VÖEN-i haqqında məlumatlar göstərilməmişdir; - İXM-in 100.1.7-ci maddəsi üzrə hazırkı protokolda hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, icra məmuru təyin olunmuş məhkəmə iclasından iştirak etmədiyindən və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş tələblərə əməl olunmadan tərtib olunduğundan həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-in rəhbəri X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2537/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2537/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver