Məhkəmə qərarları › İş №3(004)-2540/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2540/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2540/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın rəhbəri Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 116/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 manat pul borclu "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTKdan 12661,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dan 14276,9 manat tutularaq tələbkar X3 və 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3054/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən isə borclu "xxxx" MTK-dan cəmi 13416,6 manat tutularaq tələbkar X9 Qızının xeyrinə ödənilməlidir. Sözügedən icra sənədləri üzrə tələb borclu cəmiyyət tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə yerinə yetirilməmişdir. Bununla bağlı "xxxx" MTK-nın rəhbəri Şəxs vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-116/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2201/2013 nömrəli, xx.xx.2023-cü il tarixli, 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(103)-3054/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı "xxxx" MTK-nın rəhbəri Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi barədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, xx.xx.2024-cü il tarixində MN № ******* saylı İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Halbuki, Şəxs hərəkətlərində hər hansı qəsd olmamış, inzibati xəta məsuliyyəti yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs "xxxx" MTK-ya xx.xx.2023-cü il tarixində sədr olaraq təyin edilmişdir. Onun sədrliyindən öncə tətbiq olunan ən sonuncu icra vərəqəsinin tarixi isə xx.xx.2023-cü ildir. Şəxs nəinki mübahisəyə zəmin yaranmış tikinti müddətində, həmçinin bütün mübahisə dövründə və icra vərəqələri üzrə icraata başladıqdan sonra MTK-ya sədr təyin edilmişdir. (Sosial Mənzil MTK-nın xx.xx.2023-cü il tarixli Dövlət Reyestrindən Çıxarış əlavə edilir). İcra haqqında qanunun V fəsli üzrə Tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsinin xüsusiyyətlərinə dair maddi normalar üzrə Borclu "xxxx" MTK-nın əmlakı yoxlanılmış, hesablarına inkasso sərəncamları qoyulmuş, amma hər hansı bir daşınmaz əmlak və yaxud pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. İcra haqqında qanunun 23.1.3-cü maddəsinə əsasən “borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır” və həmin qanunun 23.2,-ci maddəsi üzrə "Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.” Yəni icra məmuru İsmayıl İsmayılov İcra haqqında qanunvericiliyə əsasən borclu hüquqi şəxsin əmlakının müəyyən edilməsi üçün bütün hərəkətləri nəticə vermədiyi halda icranın mümkünsüzlüyünə dair aktı tərtib edib, icra qurumunun rəhbərindən təsdiq etdirməklə, icra sənədini icra sənədini vermiş məhkəməyə qaytarmaq əvəzinə İcra haqqında qanunvericilikdə nəzərdə tutulmayan borclu hüquqi şəxsin sədri Şəxs barəsində Protokol tərtib etmişdir. Bu isə qanunaziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən “Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.” Hüquqi şəxs olaraq "xxxx" MTK balansında əmlakı və ya pul vəsaitləri olsa idi və bu əmlaklar ilə MTK-nın borcunun əvəzləşdirilməsini Şəxs sədr olaraq icra etməsə və yaxud hər hansı bir yolla maneçilik törədərdisə bu zaman sədr olaraq qanunazidd əməl törətmiş olardı. Hazırda isə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Şəxs əməllərində inzibati xəta tərkibi yaranmamışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X7 bildirmişdir ki, o, yalnız icra sənədinin icra edilməsində maraqlıdır və borclu Şəxs tərəfindən icra sənədinin tam həcmdə icra olunmasını istəyir. Göstərilən halların nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs (tələbkar) X6 məhkəmə ərizə ilə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2354/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MTK-dan 14.254,4 (on dörd min iki yüz əlli dörd manat, qırx qəpik) manat məbləğində pul vəsait tutularaq ona ödənilməlidir. Bundan əlavə borclu "xxxx" MTK-dan mənim xeyrimə dövlət rüsumlarının yarısı - 22,5 (iyirmi iki manat, əlli qəpik) manat məbləğində vəsait tutulmalıdır. Qeyd olunur ki, möcvud iş üzrə xx.xx.2023-cü il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayılov İsmayıl tərəfindən icraata başlanılmış, borclu hüquqi şəxsə tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim olunmuş və icra sənədini icra etməsi nəzərinə çatdırılmışdır. Lakin tələb borclu tərəfində icra edilməmişdir. Bundan sonra borclu barəsində zəruri icra tədbirləri görülmüş, lakin borlcu yenədə icra sənədini icra etməkdən yayınmış və bu günədək bir manatda olsa ödəniş etməmişdir. Bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin, borclu hüquqi şəxs bir necə dəfə qanuni təmsilçini dəyişməklə icra vərəqələrinin icrasından yayınan hərəkətlər etmişdir. Hazırkı borclu hüquqi şəxsin rəhbəri isə nəyinki icra sənədini icra etmək istəməməmiş, heç icra məmurunun çağırışlarına belə məhəl qoymamışdır. Onuda qeyd edir ki, xx.xx.2024-cü il saat 14:40-a təyin edilmiş iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcək. Göstərilənləri nəzərə alaraq məhkəmə iclasını iştirakı olmadan keçirib, borclu "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib, barəsində yuxarı həddə cəza təyin etməyinizi məhkəmədən xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 116/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 manat pul borclu "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dan 12661,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dan 14276,9 manat tutularaq tələbkar X3 və 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3054/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən isə borclu "xxxx" MTK-dan cəmi 13416,6 manat tutularaq tələbkar X9 Qızının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-116/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 manat pul borclu "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dan 12661,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dan 14276,9 manat tutularaq tələbkar X3 və 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3054/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən isə borclu "xxxx" MTK-dan cəmi 13416,6 manat tutularaq tələbkar X9 Qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin məhkəmə araşdırması zamanı borclu "xxxx" MTK-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs "xxxx" MTK-nın rəhbəri vəzifəsinə xx.xx.2023-cü il tarixdə təyin olunmuşdur. Onun həmin vəzifəyə təyin edilməmişdən öncə qəbul edilən ən sonuncu məhkəmə qətnaməsinin tarixi isə xx.xx.2023-cü ildir. Şəxs nəinki mübahisəyə zəmin yaranmış tikinti müddətində, həmçinin bütün mübahisə dövründə və icra vərəqələri üzrə icraata başladıqdan sonra MTK-ya sədr təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsinə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İXM-in 528.1-ci maddəsinə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, hazırki icra sənədi üzrə borclu statusunda "xxxx" MTK-dir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən borclu hüquqi şəxsin mülkiyyətində hər hansı əmlakın və ya bank hesabının olması barədə sorğu verilmiş və müəyyən edilmişdir ki, borclu hüquqi şəxsin mülkiyyətində heç bir əmlak və ya bank hesabında pulu yoxdur. Belə olduğu təqdirdə, icra məmuru borclu hüquqi şəxsin bank hesabı və ya əmlakının mövcudluğu barədə sübut əldə etdikdən sonra direktor Şəxs tərəfindən tələbkara olan borcun ödənilməsi təmin edilməzsə onun borcun ödənilməsindən qərəzli şəkildə yayınması məsələsi irəli sürülə bilər. Hazırki mərhələdə isə icra məmuru borclu hüquqi şəxsin əmlakının mövcud olmasına dair sübut əldə etməmişdir. Hüquqi şəxsin mülkiyyətində hər hansı əmlakının olmaması isə Şəxs təxminən 1 il əvvəl icraya yönəldilmiş məhkəmə qərarını icra etməkdən üzürsüz şəkildə yayınması kimi qiymətləndirilə və onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Həmçinin, iş materiallarında və məhkəmədə işə baxılan zaman Şəxs izahatından müəyyən edilir ki, borclu hüquqi şəxsin direktoru olan vaxt ərzində bu borc yaranmamışdır, hüquqi şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlak və ya bank hesablarında vəsait mövcud deyildir. Bu da bir daha onu göstərir ki, Şəxs borcun ödənilməsindən üzürsüz şəkildə yayınmır. Beləliklə, Şəxs borcunu üzürsüz şəkildə ödəməməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun İXM-in 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nin rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin icra olunmamasında Şəxs münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Sosial Mənzil” MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar