Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2541/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə, şikayətçi Topbaştekin Şəbnəm Rəşid qızının və onun vəkili Vəkil iştirakları ilə, Topbaştekin Şəbnəm Rəşid qızının Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, AP0212149 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən, Topbaştekin Şəbnəm Rəşid qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 150 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərardan narazı qalan Topbaştekin Şəbnəm Rəşid qızı şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və YPX inspektoru Qurban Qurbanzadə barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 08:00da Bakı şəhəri Qurban Xəlilov küçəsi ev 4a ilə istifadəsində olan FORD MUSTANG markalı 77 - GS - 448 dövlət qeydiyyat nömrə nişanlı avtomobilimlə hərəkətdə olarkən BMW markalı YP-280 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən yol-patrul xidmətinin əməkdaşı onu saxladı, özünü təqdim etməsini tələb etsə də, bu barədə heç bir məlumat vermədi, ondan sənədlərinin qaydasında olub-olmadığı soruşdu. O sənədləri təqdim etdikdə sürücülük vəsiqəni qaytarmadı. Sonra avtomobildə olan səsboğucunun dəyişdirilməsini bildirdi və avtomobili evakuator vasitəsilə duracağa apardı. Sonradan ona məlum oldu ki, onu saxlayan polis əməkdaşı Bakı Şəhəri Yasamal Rayon Polis idarəsinin X9 Şöbəsinin (bundan sonra - "Şöbə") inspektoru, polis baş serjantı Qurban Qurbanzadə olmuşdur və avtomobilini Şöbəyə aparmışdır. Belə ki, Şöbə tərəfindən ona ünvanlanan xx.xx.2024-cü il tarixli 3-13-53/2-21102/24 nömrəli məktubla (məktubdakı poçt ştampından görünür ki, məktub xx.xx.2024-cü il tarixdə Şöbədən çıxmışdır) barəsində inzibati xəta haqqında protokol tərtib olunmasından ötrü Şöbəyə dəvət edilmişdir (məktubun və zərfin surəti əlavə edilir). xx.xx.2024-cü il tarixdə iştirakı ilə AP ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra "Protokol") tərtib olunmuşdur. Protokol xx.xx.2024-cü il tarixə (geri tarixə) rəsmiləşdirilmiş və bununla əsaslandırılmışdır ki, guya tərəfindən manevr qaydası pozulduğu üçün saxlanılmış və normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması aşkar olunmuşdur. Nəticədə guya İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 327.1 (manevr etmə qaydalarının pozulması) və 342.2.2-ci (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Protokola Şöbədə vəzifəsi qeyd edilməyən polis kapitanı X8 tərəfindən baxılmış və barəsində İXM-in 327.1 və 342.2.2-ci maddələri ilə 150 manat cərimə növündə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra "Tənbeh Qərar") qəbul edilmişdir. Tənbeh Qərarı ona Şöbədə xx.xx.2024-cü ildə təqdim edilmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, Tənbeh Qərarı qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, hansı hüquq pozuntusu törətdiyinə, hansı vəzifələri pozduğuna görə inzibati xəta törətməkdə təqsirləndirildiyi Protokoldan aydın deyildir. Belə ki, Protokoldan görünmür ki, hansı manevr qaydası pozulmuş, hansı avadanlıq avtomobildə quraşdırılmışdır və bu avadanlığın quraşdırılması hansı normativ tələbə ziddir. Bu isə inzibati xətanın mahiyyətinin Protokolda təsvir edilmədiyini göstərir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə əsasən Protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Protokolda inzibati xətanın mahiyyətinin göstərilməməsi onunla bağlıdır ki, əslində mən heç bir normativ sənədin tələbini, o cümlədən hər hansı bir manevr qaydasını və avtomobildə avadanlıq quraşdırılması tələbini pozmamışam. Bu isə əməlimdə hər hansı inzibati xəta tərkibi olmadan barəsində Protokol tərtib edildiyini göstərir. İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Bu baxımdan AP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli idi. Bununla belə, İnzibati xətanın mahiyyətinin Protokolda göstərilmədiyindən ən azından Protokolun geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Çünki tərəfindən hansı manevr qaydasının pozulması və hansı avadanlığın quraşdınlmasmın, bu quraşdırmanm hansı normativ sənədin tələbini pozmasının əks olunmaması ona işarə edir ki, Protokol düzgün tərtib olunmamışdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Odur ki, Protokol düzgün tərtib edilmədiyindən ən azından Protokolun geri qaytarılması barədə qərardad qəbul edilməli idi. Protokol müddət pozuntusu ilə tərtib edilmişdir. Bununla belə, hətta inzibati xətanın mahiyyəti Protokolda düzgün təsvir edilsəydi belə, Protokol müddət pozuntusuna yol verilməklə tərtib edildiyindən həmin Protokolun geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Belə ki, Protokol ən geci xx.xx.2024-cü il tarixdə tərtib edilməli olduğu halda, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, saxtakarlığa yol verilərək Protokolun tərtib edilməsi tarixi kimi xx.xx.2024-cü il tarix (avtomobilinin saxlanıldığı tarix) göstərilmişdir. Protokolun xx.xx.2024-cü il tarixdə tərtib edilmədiyini Şöbənin xx.xx.2024-cü il tarixli 3-13-53/2- 21102/24 nömrəli məktubu təsdiq edir. Çünki Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdirsə, həmin tarixdən 5 gün sonra Protokol tərtib edilməsindən ötrü Şöbəyə dəvət edilməyinə dair məktubun tərtib edilməsinə və xx.xx.2024-cü il tarixdə həmin məktubun ünvanına göndərilməsinə ehtiyac olmazdı. Demək, ən azından xx.xx.2024-cü il tarixdə Protokol hələ tərtib edilməmişdir ki, mən Protokol tərtibi üçün həmin tarixdən sonra Şöbəyə dəvət edilmişəm. Bu baxımdan məktubun tərtibi Protokolun ən geci xx.xx.2024-cü il tarixdə tərtib edilmədiyini təsdiq edir. Odur ki, Protokolun vaxtında tərtib edilməməsinə görə Protokolun geri qaytarılması barədə qərardad qəbul edilməli idi. Təsvir edilənlərlə yanaşı, qeyd edilməlidir ki, yol-patrul xidməti (bundan sonra - "YPX") inspektoru Qurban Qurbanzadə avtomobilini qanunsuz dayandırılmış və duracağa aparmış, habelə digər inzibati pozuntulara yol verilmişdir. Belə ki, "Polis haqqında Qanun"un 13-cü maddəsinə əsasən hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. “Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinin qeyd hissəsinə və 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitəsi (i) sürücülük vəsiqəsini (ii) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş Yol-patrul xidməti haqqında Təlimatın (bundan sonra "Təlimat") 1.2-ci bəndinə əsasən YPX öz fəaliyyətində “Polis haqqında", "Yol hərəkəti haqqında" qanunları, İXM-i, DİN-in kollegiya qərarlarını və bu Təlimatı rəhbər tutur. YPX inspektor Qurban Qurbanzadə isə stasionar postda deyil, yolda nəqliyyat vasitəmi sənədləri yoxlamaq adı ilə qanunsuz dayandırmış, bu zaman öz ad, soyad, rütbəsini bildirməmiş və xidməti vəsiqəsini göstərməmişdir ki, bu da onun tərəfindən həm polis haqqında, həm də yol hərəkəti haqqında qanunvericiliyin kobud pozuntularına yol verildiyini, bununla da polis andına sadiq qalmadığını birbaşa təsdiq edir. Nəhayət qeyd edilməlidir ki, YPX inspektor Qurban Qurbanzadə yuxarıda göstərilən ciddi qanun pozuntuları ilə yanaşı, inzibati xəta haqqında iş üzrə icraatın təmin etmə tədbirlərini də qanunsuz olaraq tətbiq etmişdir. Belə ki, İXM-nin 86.1.5-ci maddəsinə əsasən əşyaları və sənədləri götürmə növündə inzibati xəta haqqında iş üzrə icraatın təmin etmə tədbiri tətbiq edilir. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. İXM-in 97.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin saxlanılması 2 nüsxədə olan aktla rəsmiləşdirilir, onun 1-ci nüsxəsi Protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. YPX inspektoru tərəfindən təqsirləndirildiyi İXM-in 327.1 və 342.2.2-ci maddələrinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulmamışdır. Bu isə ona dəlalət edir ki, sürücülük vəsiqəsinin götürülməsi növündə inzibati xəta haqqında iş üzrə icraatın təmin etmə tədbiri əsassız və qanunsuz olaraq barəsində tətbiq edilmiş, sürücülük vəsiqəsini əvəz edən avtomobili müvəqqəti idarəetmə sənədi isə ümumiyyətlə verilməmişdir. Digər tərəfdən, nəqliyyat vasitəsinin saxlanılması barədə nə akt rəsmiləşdirilmiş, nə həmin akt Protokola əlavə edilmiş, nə də nəqliyyat vasitəsini idarə edən şəxs kimi ona təqdim edilmişdir. Bütün bunlar ona işarə edir ki, YPX inspektoru Qurban Qurbanzadə əsassız və qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraatın təmin etmə tədbirlərini tətbiq etmiş və nəticədə mənim nəqliyyat vasitəsini idarə etmək hüququnu kobud şəkildə pozmuşdur. Yuxarıda təsvir edilən çoxsaylı pozuntular YPX inspektoru Qurban Qurbanzadə barəsində xüsusi qərar çıxarılması üçün əsasdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə Şöbəyə vəsatət göndərməyinə və həmin vəsatətin xx.xx.2024- cü ildə Şöbədə qəbul olunmasına (qəbul olunmasını təsdiq edən poçt qəbzinin surəti əlavə edilir) və həmin vəsatət dərhal baxılması öhdəliyinin olmasına baxmayaraq hal-hazıradək Şöbədə vəsatətə baxılmamış və heç bir məlumat verilməmişdir. X4 Səlim Rasim-in xüsusi rütbəsi polis kapitanı göstərilsə də İXM-in 115.1.1-ci maddəsinin tələbi pozularaq vəzifəsi göstərilməmişdir. Tənbeh Qərarında göstərilib ki, "nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə Topbaştekin Şəbnəm Rəşid qızı tərəfindən İXM-in 342.2.2, 327.1, 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir." X3 göstərilən pozuntuların törədilməsinə hər hansı bir sübut göstərilməmiş, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasma və ya dəyişdirilməsi ilə bağlı hansı normativ tələblər pozulmuş, hansı avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş qeyd edilməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və YPX inspektoru Qurban Qurbanzadə barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ş.R.Topbaştekin və onun vəkili Vəkil ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq göstərmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs Topbaştekin Şəbnəm Rəşid qızı şikayətlə məhkəməyə müraciət edərək Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini YPX inspektoru Qurban Qurbanzadə barəsində xüsusi qərar çıxarılaraq DİN göndərilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs Topbaştekin Şəbnəm Rəşid qızı 26 mart 2024-cü il tarixdə saat 10:32 radələrində idarə etdiyi FORD MUSTANG minik markalı 77- GS-448 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Q.Xəlilov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək qayda pozuntusuna yol verdiyinə görə Bakı şəhəri Yasamal RPl-nin DYPŞ-nin YPX inspektoru tərəfindən saxlanılmış barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 342.2.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək cərimə meydançasına yerləşdirmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs Topbaştekin Şəbnəm Rəşid qızı şikayətində göstərmişdir ki, protokolda inzibati xətanın mahiyyəti təsvir edilməmişdir, protokol müddət pozuntusu ilə tərtib edilmişdir bunları rəhbər tutaraq hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilməli YPX inspektoru Qurban Qurbanzadə barəsində xüsusi qərar çıxarılaraq DİN göndərilməlidir. Aşağıdakı əsaslara görə hesab edirik şikayət əsassız olduğundan təmin edilməməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 342.2.2-ci maddəsinə əsasən Topbaştekin Şəbnəm Rəşid qızı barəsində qəbul edilmiş xx.xx.2024- cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Barəsində qərar çıxarılmış fiziki şəxs Topbaştekin Şəbnəm Rəşid qızı 26 mart 2024-cü il tarixdə saat 10:32 radələrində idarə etdiyi FORD MUSTANG minik markalı 77- GS-448 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Q.Xəlilov küçəsində törətdiyi yol hərəkəti qayda pozuntusu bilavasitə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin vəzifəli şəxsi olan YPX inspektoru Qurban Qurbanzadə tərəfindən aşkar edimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Maddənin tələbindən göründüyü kimi YPX inspektoru Qurban Qurbanzadə xidmətdə olan zaman bu hüququndan istifadə edərək etdiyi FORD MUSTANG minik markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış xətanın mahiyyəti barədə sürücüyə kifayət qədər ətraflı məlumat verərək cərimə meydançasına aparılmasının zəruriliyini bildirmişdir. Daha sonra Topbaştekin Şəbnəm Rəşid qızının əri ilə əlaqə yaradaraq ona da əlavə olaraq bu barədə məlumat verərək video çəkiliş aparılaraq avtomobildə konstruksiya dəyişikliyinin mövcud olması bildirilmişdir. Bundan sonra FORD MUSTANG minik markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsindən kənarlaşdırılaraq evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilmişdir. Törədilmiş inzibati xəta haqqında iş üzrə araşdırma zamanı FORD MUSTANG minik markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobildə konsturksiya dəyişikliyinin olması öz təsdiqini tapmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin l-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Maddənin tələbindən göründüyü kimi qanunverici bu norma ilə mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qanunla vəzifə qoymuşdur. İşin faktiki hallarından məlum olur ki, barəsində qərar çıxarılmış fiziki şəxs Topbaştekin Şəbnəm Rəşid qızı tərəfindən 26 mart 2024-cü il tarixdə saat 10:32 radələrində idarə etdiyi FORD MUSTANG minik markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin l-ci hissəsinin 3-cü bəndinə və Qanuna 1 saylı Əlavənin tələblərinə riayət etməyərək İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi toplanmış sənədlərlə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, ona məxsus avtomobili texniki baxışa aprarkən orada olan YPX əməkdaşları onun hal şahidi kimi iştirak etməsini xahiş etmiş, o da baxışda iştirak etmiş və göy rəngli, Ford markalı nəqliyyat vasitəsinin alt hissəsində qaynaq izini göstərmiş, o da qaynaq izini gördükdən sonra baxış protokolunu imzalamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AP0212149 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ş.R.Topbaştekin xx.xx.2024-cü il tarixdə “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində hərəkətdə olan zaman tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hallarında yol vermiş və və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Ş.R.Topbaştekin xx.xx.2024-cü il tarixdə “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində hərəkətdə olan zaman tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hallarında yol vermişdir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli nəqliyyatın texniki vəziyyətinin müayinə aktından görünür ki, “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və dəyişdirilmiş, eləcə də qaynaq işləri gürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin Ş.R.Topbaştekinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı DYP əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verməsi hallarının təsdiqlənməməsi, nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması, barəsində törətdiyi xətalara uyğun AR İXM-nin 342.2.2-ci və 327.1-ci maddələri ilə əsaslı inzibati xəta haqqında protokol tərtib edilməsi, nəqliyyat vasitəsinin idarə edilməsindən qanuni əsaslarla kənarlaşdırılaraq avtomobilininin mühafizə olunan duracağa yerləşdirilməsi, eləcə də faktla bağlı Yasmal RPİ DYPŞ-də aparılan inzibati icraat və araşdırma zamanı DİN BDYPl-nin X2 sorğu verilməsi və avtomobil yoxlanılarkən, istismar qaydalarının pozulması halının təsdiqini tapması, hazırda inzibati icraatın davam etməsi müəyyən olunmuşdur. Həmçinin müraciəti üzrə araşdırmanın nəticəsindən narazı qaldığı təqdirdə məhkəməyə şikayət etmək hüququnun olması da Ş.R.Topbaştekinə izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, şikayətçi Ş.R.Topbaştekin xx.xx.2024-cü il tarixdə “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində hərəkətdə olan zaman tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hallarında yol vermiş və və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru tərəfind Barəsində qərar çıxarılmış fiziki şəxs Topbaştekin Şəbnəm Rəşid qızı 26 mart 2024-cü il tarixdə saat 10:32 radələrində idarə etdiyi “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Q.Xəlilov küçəsində törətdiyi yol hərəkəti qayda pozuntusu bilavasitə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin vəzifəli şəxsi olan YPX inspektoru Qurban Qurbanzadə tərəfindən aşkar edimişdir. Bu halı təsdiq edən videogörüntü də məhkəməyə təqdim edilmiş və məhkəmədə baxış keçirilmişdir. YPX inspektoru Qurban Qurbanzadə xidmətdə olan zaman bu hüququndan istifadə edərək etdiyi “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, videodan da göründüyü kimi özünün təqdim etmiş, xətanın mahiyyəti barədə sürücüyə kifayət qədər ətraflı məlumat verərək cərimə meydançasına aparılmasının zəruriliyini bildirmişdir. Daha sonra Topbaştekin Şəbnəm Rəşid qızı açarı götürməklə oranı tərk etmişdir. Bundan sonra “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsindən kənarlaşdırılaraq evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilmişdir. Törədilmiş inzibati xəta haqqında iş üzrə araşdırma zamanı “Ford Mustang minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobildə konsturksiya dəyişikliyinin olması öz təsdiqini tapmış və onun barəsində AP0212149 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü Ş.R.Topbaştekin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qanunvericiliyin tələbinə uyğun olaraq yerində qərar qəbul edilməmiş və inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin polis kapitanı X6 tərəfindən idarənin inzibati binasında işə baxılmış və Ş.R.Topbaştekinin yol verdiyi inzibati xəta öz təsdiqini tapdığından o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd olunan halları təsdiq edən görüntüyə də baxış keçirilmiş və protokolda göstərilən hallar öz təsdiqini tapmışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavənin - "Nəqliyyat vasitələrini istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı"nın Vİ bölməsinin 4-cü bəndində mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ş.R.Topbaştekinin əməli düzgün olaraq Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrinin tələbinin pozuntusu kimi qiymətləndirilərək onun barəsində 150 manat məbləğində inzibati cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Məhkəmə həm də qeyd etməyi zəruri hesab edir ki, şikayətdə göstərilən hallar qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Ş.R.Topbaştekinin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Topbaştekin Şəbnəm Rəşid qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-2541/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2541/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver