Məhkəmə qərarları › İş №3(004)-2543/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2543/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2543/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, Hayatt Touver 2, 6-cı mərtəbədə olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin 62579248 nömrəli vaqonda idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq **********5834 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş ümumi invoys dəyəri 14520 ABŞ dolları olan “neft qazma quyularında istifadə olunan təbii barium sulfat” yükü xx.xx.2025-ci il tarixdə saat 00:32-də Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yüklərin “Şirvan” gömrük postunda “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə sözügedən yüklərlə bağlı elektron formada **********0542 sorğu nömrəli qısa idxal bəyannaməsinin verildiyi müəyyən edilmişdir. İş üzrə materiallarda olan xx.xx.2025-ci il tarixli “gömrük orqanlarının X2 Sistemində və X1 qeydə alınmış məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - Şəxs MMC-nin (əvvəlki adı “X4” MMC) ünvanına idxal olunaraq “Şirvan” gömrük postunda xx.xx.2025-ci il tarixli **********5834 sorğu nömrəli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallar 62579248 nömrəli vaqonda xx.xx.2025-ci il tarixdə saat 00:32-də Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən vaqonda idxal olunmuş mallarla bağlı elektron formada qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. Təqdim olunmuş qısa idxal bəyannaməsinin sorğu nömrəsi **********0542- dir. İş üzrə materiallarda olan xx.xx.2025-ci il tarixli “gömrük orqanlarının X2 Sistemində mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - Şəxs MMC (əvvəlki adı “X4” MMC) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli VÖEN əsasında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, cəmiyyətin hüquqi ünvanı ünvan 3eriallarında olan xx.xx.2025ci il tarixli, № 10000-00041/25 (EP 0201054) saylı inzibati xəta haqqında protokoldan görünür ki, faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində sorğu-sual olunan Nümayəndə hüquqi şəxs - Şəxs MMC-nin (əvvəlki adı “X4” MMC) baş mühasibi vəzifəsində işlədiyini, əməkdaşı olduğu cəmiyyətin neft yataqlarında mayili qazma ilə məşğul olduğunu, şirkətin fəaliyyəti ilə bağlı neft quyularının qazılması məqsədilə topmanaj sement yüklərinin idxalını həyata keçirdiklərini, bu məqsədlə müxtəlif ölkələrdə olan kontragentlərdən həmin sementin idxalını həyata keçirdiklərini, bu sahədə xarici ticarət əlaqəsində olduqları şirkətlərdən birinin də Türkiyə Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “X7 San. Ve Tic.LTD.Sti” şirkəti olduğunu, cəmiyyət olaraq “X7 San. Ve Tic.LTD.Sti” şirkətinin tapşırığı ilə İran İslam Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “X10” şirkətindən ümumi invoys dəyəri 14520 ABŞ dolları olan “neft qazma quyularında istifadə olunan təbii barium sulfat” yükünü sifariş verdiklərini, həmin yükün xx.xx.2025-ci il tarixdə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postundan keçməklə 62579248 nömrəli vaqonda Azərbaycan Respublikasına gətirildiyini, lakin yükü göndərən şirkət tərəfindən sənədlər vaxtında elektron formada göndərilmədiyi üçün idxal etdikləri yüklə cəmiyyətin adından bağlı qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyini bildirmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, № 10000-00041/25 (EP 0201054) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Potokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 bildirdi ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin adına mallar ölkəyə idxal edilmiş, lakin qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə protokolla razı olduğunu bildirmiş, inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsində qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. Bundan əlavə inzibati orqan tərəfindən araşdırma aparılan zaman Şəxs MMC-nin nümayəndəsi qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim olunmamasını bildirmiş, bununla da inzibati xətanın şirkət tərəfindən törədilməsini etiraf etmişdir. Hazırda inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar