Məhkəmə qərarları › İş №3(004)-2545/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2545/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2545/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasinin X8 Xidmətinin Baki şəhər İdarəsi tərəfinden “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxana” PHŞ-nin direktoru X6 barəsində 19 mart 2025-ci il tarixli MN ******* saylı «lnzibati xəta haqqında» protokol tərtib edilmiş, sonra isə 2 aprel 2025-ci il tarixli MN ******* sayli "inzibati tənbeh vermə haqqında" qərarı ilə barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan vəzifəli səxs Azerbaycan Respublikasi İnzibati Xetalar Məcəlləsinin 192.4-cü maddəsi ile nəzərdə tutulmuş inzibati xətanin törədilməsində təqsirli bilinmiş, inzibati tənbeh tətbiq edilərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının X8 Xidmətinin Baki şəhər İdarəsinin qeyd edilən qərarı Publik hüquqi şəxsə xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1 -ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azerbaycan Respublikasinin X8 Xidmətinin Baki şəhər İdarəsinin 02 aprel 2025-ci il tarixli MN ******* saylı qərarı qanunsuz və əsassızdır, qanunun normalarının pozulması ilə çıxarılmışdır. Və buna görə də qərarın ləğv edilməsinə dair qərar qəbul edilməlidir. Azerbaycan Respublikasinin X8 Xidmətinin Baki şəhər İdarəsinin 02 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının əsaslandığı hallar: “İdarə” öz qərarını onunla əsaslandırmışdır ki, vətəndaş X4 2023-cü ilin noyabr və dekabr ayları üzrə əmək haqları işə götürən tərəfindən ödənilməmişdir. Nəticədə AR Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq, Gülnar Vəlizadəyə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməısinə baxmayaraq son haqq-hesab xx.xx.2024-cü il tarixində gecikdirilərək tam ödənilmədiyi məlum olmuşdur. “İdarə”nin yol verdiyi pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırılmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxana” PHŞ və vətəndaş X7 ilə xx.xx.2017-ci il tarixdə Əmək müqaviləsi bağlanılmışdır. X3 əmək haqqısı Təhsil Nazirliyi tərəfindən RKX-nın bank hesabına köçürülən məbləğdən ödənilirdi. 2023-cü il üzrə əmək haqqının hesablanması üçün Təhsil Nazirliyi tərəfindən 5600 (beş min altı yüz) manat vəsait köçürülmüşdür. 2023-cü ildə əmək haqqında 15% artım olduğu üçün X3 12 aylıq əmək haqqısı 7560 manat ödənilmişdir. “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxana” PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-3/3-1-1783/2024 ilə 1-ci Cərrahiyyə şöbəsində həkim- rezident vəzifəsində çalışan X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. Təhsil Nazirliyi tərəfindən vəsaitlər 3 aydan bir ayrıldığı üçün və Gülnar Vəlizadə ilə əmək müqaviləsinə xitam oktyabr ayında verildiyi üçün, 2 aylıq ödənişin Təhsil Nazirliyinə geri qaytarılıbqaytarılmayacağı ilə vətəndaş Gülnar Əlizadə özü Təhsil Nazirliyinə şifahi müraciət etmişdir. Təhsil Nazirliyinin bu məsələyə münasibəti onlara məlum olduğu gün, yəni xx.xx.2024-cü il tarixdə son haqq-hesab verilmişdir. Bütün bu faktlar Əmək müfəttişliyinə bildirilsə də, qərar qəbul edilən gün nümayəndələri və onların deyeceklərini təsdiq edə biləcək və RKX-dan şikayətinin olmadığını müfəttişə dəfələrlə şəxsən deyən Gülnar Vəlizadənin özünü qəbul etməmiş, faktlara qarşı laqeyd yanaşılmışdır. Azərbnaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2010-cü il tarixli “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.6-cı maddəsinə əsasən Rezidentura təhsil proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır (Tədris planlarını şikayət ərizəsinə əlavə edirik). Göründüyü kimi inzibati xəta hadisəsi və tərkibi yaranmamış və buna görə də “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxana” PHŞ-in direktoru X6 barəsində inzibati cərimə tətbiq oluna bilməz. Azərbaycan Respublikası İXM 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunverciliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə “İdarə”nin üzərinə düşür. “İdarə” “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxana” PHŞ-nin AR İXM 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız təqdim edilmiş ərizə və bir sira sənədlərə istinad etmişdir ki, həmin sənədlər başqa sübütlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunmasi üçün əsas ola bilməz. Hesab edirik ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş “İdarə” “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxana” PHŞ tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi qənaətinə gəldiyi halda bu faktı təsdiq edən digər sübutları da nəzərə almalı idi və bundan sonar əldə edilmiş sübutlara hüquqi qiymət verərkən “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxana” PHŞ-nin fəaliyyətində inzibati xəta tərkibinin olub-olmadığını müəyyən etməli idi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin xx.xx.2025-ci tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-nin direktoru X6 məhkəmə iclasında iştirak etməmiş, müdafiəçisinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-dən ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X7 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə (Xəstəxana) xx.xx.2017 xx.xx.2022-ci il tarixlərdə 1-ci Cərrahiyyə şöbəsində həkim-rezident kimi fəaliyyət göstərmişdir. Həkim-rezidentlərin əmək müqavilələri Xəstəxana ilə bağlansa da, onlar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi hesabına maliyyələşirlər. X7 üçün də ayrılmış bütün vəsait onun əmək haqqı üçün ödənilmişdir. Nazirlik tərəfindən büdcə ayrılan zaman Nett əmək haqqından çıxılmalı olan faiz nisbəti nəzərə alınmamış, buna görə də əmək haqqında boşluq yaranmışdır. Xəstəxana olaraq həkim-rezidentlərin əmək haqqısının büdcəsi tərəfilərindən ayrılmadığına görə, yaranmış məsələ ilə bağlı məsuliyyət daşımırlar. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 50 nömrəli Qərarının 5.8-ci yarımbəndinə əsasən, rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və xtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir. Qeyd olunanlara əsasən həkim-rezidentlərin əməkhaqqı ödənişi TƏBİB tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmamışdır. İş materiallarında olan «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-dən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Akademik M.Mirqasımov adına Respublikaı Klinik Xəstəxana” PHŞ-nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılan vətəndaş X3 əmək hüquqlarının pozulması barədə şikayət ərizəsi daxıl olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən edilən ödənişlərdə ödənişin təyinatı təhsil haqqı qeyd edilsə də, ödənişin kimin və hansı müqaviləyə aid olduğu öz əksini tapmamışdır. Nəzərinizə çatdırırıq ki, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 50 nömrəli Qərarın 5.8 yarığmbəndinə əsasən, rezidenturada təhsil dövrü həkimin ümumi ixtisas və üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir. Bu səbəbdən həkimrezidentlərin əməkhaqqı ödənişi Təbib tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən edilən ödənişlərdə ödənişin təyinatı kimin və hansı müqaviləyə aid aydınlıq gətirilməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdən görünür ki, X7 ilə bağlanılmış 5MEGLZY000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 2023-cü ilin noyabr və dekabr ayları üzrə əmək haqları işəgötürən tərəfindən ödənilməmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabı xx.xx.2024-cü il tarixində gecikdirilərək tam ödənilmədiyi məlum olmuşdur. X7 tərəfindən «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞnin direktoru X5 ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilən zaman PHŞ-nin maliyyə şöbəsi tərəfindən şifahi sorğu olaraq Elm və Təhsil Nazirliyindən ayrılmış 2024-cü ilin oktyabr, noyabr, dekabr aylarında vəsaitin Təhsil Nazirliyi tərəfindən geri istənilib-istənilməməsi ilə bağlı cavabını xx.xx.2024-cü il tarixində verdiyindən məbləğ həmin tarixdə hesabına köçürülmüşdür. İş materiallarında olan bank hesablarından çıxarışlardan görünür ki, Elm və Təhsil Nazirliyi tərəfindən təhsil xərci üçün ayrılmış pul vəsaiti «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-nin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayyət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsininn 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin baş direktoru X6 tərəfindən vətəndaş X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqqhesabı xx.xx.2024-cü il tarixində gecikdirilərək verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X6 tərəfindən kobudcasına pozulmuşdur. Eyni zamanda son haqq-hesabın vaxtında ödənilməməsinin səbəbi kimi Təhsil Nazirliyinə ünvanlanmış şifahi sorğuya cavab verilməsinin gecikməsi ilə bağlı qərardan şikayət verən tərəfin bildirdiyi dəlillərini məhkəmə əsaslı hesab etmir. Birincisi ona görə ki, son haqq-hesabın tam şəkildə gec ödənilməsi halı baş vermiş olduğu müddətlərdə işəgötürən hüquqi şəxsin bank hesabına maliyyə vəsaitinin köçürülməməsi faktı heç bir mötəbər sübutla təsdiq edilmir. İkincisi köçürülən məbləğ işçiyə ödənilməsi məqsədilə köçürülmüşdür ki, həmin məbləğin səbəbindən asılı olmayaraq işçiyə ödənilməməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Digər tərəfdən məhkəmə hesab edir ki, heç bir hal işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halına (əmək haqqının, eləcə də işçinin son haqqhesabının vaxtında ödənilməməsi) haqq qazandıra bilməz və işəgötürən işçi qarşısında götürdüyü öhdəliyi vaxtında yerinə yetirməyə borcludur. Məhkəmə həmçinin hesab edir ki, vətəndaş X3 xx.xx.2025-ci il tarixli ərizəsi ilə «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-nin direktoru X1 hər hansı şikayət və tələbinin olmamasını bildirməsi də mövcud qanunvericiliyin tələbləri baxımından vəzifəli şəxsi inzibati məsuliyyətdən azad etmir. Belə ki, iş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi inzibati orqan tərəfindən həmin şəxsin ərizəsi əsasında aparılmış yoxlama zamanı aşkar edilmiş və bununla bağlı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» PHŞ-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinın Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar