Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2547/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.07.2021-ci il tarixli İXP ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.07.2021-ci il tarixli İXP ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi Mersedes Benz V 230 markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən 26.07.2021-ci il tarixdə saat 10:10 radələrində Bakı şəhəri, Yusif Səfərov 3 ünvanında Bakı şəhəri DYPİ-nin Müşayət- Eskort bölüyünün YPX inspektoru polis kapitanı X3 tərəfindən saxlanılmışdır. Polis kapitanı Elçin İsmayılov onun avtomaşını idarə edərkən yol nişanının tələblərinə riayət etmədiyini bildirmiş və bununla da İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyini irad tutmuşdur. O, onun iradı ilə razı olmayaraq heç bir X4 pozmadığımı bildirsə də, polis kapitanı İnzibati xəta haqqında protokol tərtib etdiyini və onu 40 manat cərimələdiyini bildirmişdi. O, kağız daşıyıcı üzərində yazılmış protokolla tanış olarkən İXP ******* nömrəli protokolun polis kapitanı Elçin İsmayılov tərəfindən deyil, həmin Müşayət-Eskort bölüyünYPX inspektoru polis sıravisi X1 adındından tərtib edildiyini görmüşdür. Həmin zaman onun yanında, YPX avtomobilinin yanında və içində, ümumiyyətlə ərazidə polis kapitanı Elçin İsmayılovdan başqa heç kim, heç bir digər polis əməkdaşı yox idi. O, polis kapitanı Elçin İsmayılova onun tərəfindən yol hərəkəti qaydasının "pozulmasını" onun gördüyü halda, həmin "pozuntunu" onun müəyyən etdiyi halda nə üçün protokolun burda olmayan, pozuntunu görməyən, müşahidə etməyən polis sıravisi Eldar Niftalıyevin adından qanunsuz yazıldığını bildirdikdə heç bir cavab vermədən, qanunsuz hərəkətlərini davam etdirək protokol üzrə qərarı Eldar Niftalıyevin adından sistemə vurdu. Qərarın surətini ona verməkdən imtina etdi və cərimənin ödənilməsi üçün protokolun kifayət etdiyini bildirdi. Bakı şəhəri DYPİ-nin Müşayət-Eskort bölüyünün YPX inspektoru polis kapitanı X3 tərəfindən onun barəsində İnzibati xəta haqqında 26.07.2021-ci il tarixli İXP ******* nömrəli protokolun tərtib olunmasında və həmin protokol üzrə TP ******* nömrəli qərarın qəbul olunmasında saxtakarlığa yol verilmiş, protokol və qərar başqa şəxsin adından tərtib olunmuşdur. Buna görə də o, həmin qərarla razılaşmayaraq ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada (SMS xəbərdarlıq daxil olmaqla) xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan və şikayətçi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.07.2021-ci il tarixli İXP ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş TP ******* nömrəli qərarından görünür ki, X5 26.07.2021-ci il tarixdə 10:13-də Bakı şəhəri Yusif Səfərov 3 ərazisində “Mersedes Benz V230” minik markalı Az ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələblərinə riayət etməməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.07.2021-ci il tarixli İXP ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.07.2021-ci il tarixli İXP ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2547/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2547/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver