Məhkəmə qərarları › İş №3(004)-2548/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2548/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2548/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X6 iclas katibliyi ilə, X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 315.4-cü maddəsini pozmağı əsas göstərərək barəsində 15.09.2021-ci il tarixli MN ******* № li inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15.09.2021-ci il tarixli MN ******* № li inzibati xəta haqqında protokol əsasında onun 800 (yəkkiz yüz) manat məbləğində cərimə olunmağı haqqında 28.09.2021-ci il tarixli MN ******* № li qərar qəbul etmişdir. Aşağıda göstərilən səbəblərdən Azərbaycan Səhiyyə Nazirliyinin 28.09.2021-ci il tarixli MN ******* № li qərarını tamamilə qeyri-qanuni və əsassız hesab edir. Belə ki, o, təkmilləşdirmə kursu keçməyi barədə dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir. Sonuncu dəfə 26 fevral 2021 -ci il tarixdə təkmilləşdirmə kursu keçməyi barədə müraciət etmiş, lakin Səhiyyə Nazirliyi İnsan resursları şöbəsi həmin ərizəyə aidiyyatı olmayan cavab vermişdir. Belə olan halda yəni, onun təqsiri olmadığı təqdirdə barəsində sözü gedən inzibati tənbəh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini tamamilə qanunsuz və əsassız hesab olunmalıdır. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məsələni kifayət qədər hərtərəfli, tam və obyektiv araşdırmadığı üçün əsassız və qeyri-qanuni olaraq onun inzibati qaydada məsuliyytə cəlb edilməyi haqqında qərar çıxarmaqla hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X7 şikayətdə göstərilənlərlə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X8 İXM-in 215.4-cü maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə 15.09.2021-ci il tarixdə saat 16:30-da keçirilən planlı (növbəti) yoxlama zamanı X1 keçmədiyi aşkarlanmışdır. Bu barədə 15.09.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar