Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-256/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrin X6 Hüquqi şəxs “Respublika Təcili və X3 Mərkəzi” Publik Hüquqi şəxsin nümayəndəsi X2, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilkin məhkəmədə inzibati xətanın olmasını qəbul etmədi və inzibati xətayla bağlı icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrin X6 Hüquqi şəxs “Respublika Təcili və X3 Mərkəzi” Publik Hüquqi şəxsin nümayəndəsi X5 bildirdi ki, nəqliyyat vasitəsi operativ nəqliyyat vasitəsi olmaqla nümayəndəsi olduğu publik hüquqi şəxsə məxsusdur. Operativ nəqliyyat vasitəsi qanunda da yazıldığı kimi yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir. Hesab edir ki, inzibati protokol düzgün tərtib edilməmişdir, çünki əlavə quraşdırılma başqa maddədir, ona görə də hesab edir ki, inzibati xəta mövcud deyil . Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X4 bildirdi ki, inzibati xəta törədən Şəxs yol vərəqəsi əsasında idarə etdiyi və “Respublika Təcili və X3 Mərkəzi” Publik Hüquqi şəxsə məxsus operativ nəqliyyat vasitəsini idarə edərkən həmin ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və müəyyən olunmuşdur ki, o, hər hansı icazə olmadan xüsusi səs siqnalından istifadə etmişdir. Nəqliyyat vasitəsinə baxış keçirərkən qeyd olunan hal müyyən edilmiş, inzibati xəta törədənin izahatı alınmış, o da təqsirini boynuna almışdır. Nəqliyyat vasitəsinə əlavə quraşdırılmış səs siqnalı ilə bağlı texniki pasportda qeyd olmalıdır. Digər tərəfdən isə idarə olunan avtomobil 2006-cı il buraxılışlıdır, Rusiya istehsalıdır, həmin nəqliyyat vasitəsinin önündə sayrışan səs siqnalı nəzərdə tutulmayıb. İş materiallarında olan diskə baxış keçirərkən də müəyyən olunur ki, nəqliyyat vasitəsinin ön hissəsində görünən sayrışan işıqlar kustar üsulla quraşdırılmışdır, bu isə yol verilmızdir, qanun pozuntusudur. Ona görə də hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15.20-də “Qaz 310231” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı təsili yardım nəqliyyat vasitəsinə xüsusi (çoxavazlı) səs siqnalı quraşdıraraq idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarında olan nəqliyyat vasitəsinə baxış haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə Şəxs idarə etdiyi ““Qaz 310231” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin mühərrik hissəsinə xüsusi (çoxavazlı) səs siqnalı aşkar olunmuş, özü də izahat verməklə bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Məhkəmədə iş materillarında olan diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar videoda təsdiq olunmuşdur. Beləliklə də inzibati xəta üzrə iş materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:02-də ““Qaz 310231” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı təcili yardım maşınına xüsusi (çoxavazlı) səs siqnalı quraşdıraraq idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan çoxavazlı səs siqnalı müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək çoxavazlı səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-256/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-256/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver