Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-257/2021 11.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş - Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin polis sahə rəisi X2, zərərçəkmiş şəxs - X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Xətai rayonu, 3 saylı Uşaq evində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 02:50-də Bakı şəhər, Yasamal rayonu, Ş.Qurbanov küçəsi 2/15 nömrəli yaşayış binasının girişində yerləşən və həmin binanın 130-cu mənzilində yaşayan X3 məxsus dolabın içərisindən 30 manat dəyərində 11 ədəd bankada olan mürəbbəni gizli yolla ələ keçirərək talamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə rəisi X6 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində həmin maddənin sanksiyası həddində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsi 2/15 saylı yaşayış binasının girişində yerləşən və həmin binanın 130-cu mənzilində yaşayan X3 məxsus dolabın içərisindən 11 ədəd bankada olan mürəbbəni götürmüşdür. Belə ki, zərərçəkmiş şəxs İlqar Məmmədov ona əvvəllər yemək və geyim əşyaları verərək köməklik göstərmişdir. Sonuncu dəfə, yəni xx xxxxxx 2021-ci il tarixdə saat 02:50-də isə onun məlumatı olmadan qeyd olunan mürəbbələri götürmüşdür. Şəxs qeyd etmişdir ki, hazırda əməlindən çox peşmandır, bir daha belə əməllərə yol verməyəcək, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş və ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. O, göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, hazırda ona dəymiş zərər tam şəkildə ödənilmiş, barəsində protokol tərtib edilmiş şəxslə barışmış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs X5 ərizə təqdim edərək Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Fuad Cənnətov tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsi ev 2/15 mənzil 130-da yaşayan X5 xx.xx.2021ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 10:00 radələrində ona məxsus dolabın içərisindən 11 ədəd bankada olan mürəbbənin oğurlamasını aşkar etməsi barədə məlumat vermiş, fakt üzrə araşdırma aparılmış və nəticədə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər tam aradan qaldırılmışdır, hal-hazırda Şəxs qarşı tələbi, şikayəti və mülki iddiası yoxdur. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs məhkəməyə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışdığından barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iş materiallarında müəyyən edilir ki, inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 03:10-da inzibati qaydada tutulmuşdur. Odur ki, qeyd olunan xüsusat məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İş üzrə icraat zamanı inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-257/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-257/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver