Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-257/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X8 iclas katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsinin nümayəndəsi X9, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsinin 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023cü il tarixli 285453/2023-53-39-003 nömrəli tələbin könüllü icrası haqqında bildirişlə Azərbaycan Respublikası FHN X13 Xidməti 2-ci ərazi X13 İdarəsinin xx.xx.2023-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarının icrası ondan tələb edilmişdir. Həmin bildirişlə əlaqədar icra şöbəsindən adı çəkilən tənbeh qərarı xx.xx.2024-cü il tarixdə imzalanaraq onun tərəfindən əldə edilmişdir. Əldə edilmiş qərara baxış keçirərkən ona aydın olmuşdur ki, Azərbaycan Respublikası FHN X13 Xidməti 2-ci ərazi X13 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ruhulla Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən 1000 manat cərimə edilmişdir. Həmin qərarla güya barəmdə xx.xx.2023-cü il tarixdə ******* nömrəli protokol tərtib edilmiş və yanğın təhlükəsizliyi qaydalarını pozmuşdur. xx.xx.2023-cü il tarixli MN ******* inzibati tənbeh tətbiq etmə haqqında qərardan məlumatlı olmamış və həmin qərarı xx.xx.2024-cü il tarixdə icra qurumundan almışdır. Həmçinin bildirmişdir ki, həmin "xxxx" MTK-da o, maddi məsul şəxs olmamışdır. O, əmək müqaviləsi əsasında həmin kooperativdə sahə rəisi işləyir. Onun vəzifə təlimatında yanğın təhlükəsizliyi qaydaları ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Nədə ki, o, müəssisənin bu sahəyə cavabdeh olan rəsmi şəxsi deyildir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Azərbaycan Respublikası FHN X13 Xidməti 2-ci ərazi X13 İdarəsinin xx.xx.2023-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsinin nümayəndəsi X12 şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qərarın qəbul olunmasına əsas olunmuş hər hansı sübut məhkəməyə təqdim edilə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X5 əməlində İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, 25 avqust 2023-cü tarixdə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Kənar Dairəvidə yerləşən tikilməkdə olan "xxxx" MTK-ya məxsus yaşayış binasında YTQ 02-2002 bəndinin 3.1, YTQ 05-86 bənd 2.9-un tələbləri pozulmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 518.3cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə yəni 28 avqust 2023-cü il tarixdə X3 X4 hər hansı müddəasının pozulması faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsinin nümayəndəsi X12 tərəfindən 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmadığı bildirilmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli, həmin X.Nurullayev əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. X5 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-257/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-257/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver